Icma.az
close
up
RU
Yayda necə QİDALANMALIYIQ? Hansı yeməklərdən imtina etməliyik? AÇIQLAMA

Yayda necə QİDALANMALIYIQ? Hansı yeməklərdən imtina etməliyik? AÇIQLAMA

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yay gələndə hamını narahat edən məqalardan biri də qidalanmadır. Çünki hədsiz isti hava insan sağlamlığı üçün müəyyən təhlükələr yarada bilir. Bu cür havada orqanizmə (xüsusilə ürək-damar, nəfəsalma, endokrin) olan yükləmələr artır ki, bu da onlarda pozulmaların inkişafı riskini artırır. Hazırda ölkədə 40 dərəcə isti var. Belə olan halda necə qidalanmalıyıq? Hansı yeməklərə üstünlük verməliyik və ya nələrdən imtina etməliyik? 

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən qida mütəxəssisi Ağa Salamov mövsümü olduğu üçün yemiş və qarpıza daha çox üstünlük verilməli olduğunu bildirib:

"İndi təbii ki, yemiş və qarpız mövsümüdür. Qarpıza, yemişə, pendirə və ümumiyyətlə ağartı məhsullarına üstünlük verilməlidir. Bundan əlavə, adama zülal da, ət də lazımdır. Sadəcə əti həftədə iki dəfə istehlak etməklə rasinomuza daxil edə bilərik. Təbii ki, indi ən çox bu mövsümündə yetişən meyvə və tərəvəzlərə üstünlük verilməlidir".

Mütəxəssis bu isti aylarda bəzi imtina edilməli qidalara olduğunu da qeyd edib:

"Yağlı və xəmir yeməklərindən uzaq durmalıyıq. Xəmir yeməkləri biraz insan bədənində temperaturu qaldırır, karbohidratdır və bədən temperturunu artıran yeməkdir. Şirniyyatdan uzaq durmaq lazımdır, çörəyi azaltmaq lazımdır. Yaxşı olardı ki, qatıqla qarışdırıb yesinlər. Yağlı yeməklərlə yanaşı mayonezli salatlar da imtina edilməlidir.  Zəhərlənmə verə bilər. Mayonezli salatların əvəzinə zeytun yağı və turşu ilə hazırlanmış qsalatları qəbul etmək lazımdır".

Ağa Salamov yay aylarında əsasən mövsümi meyvələrin və onların şirələrin istehlakının daha məqsədəuyğun olduğunu deyib.

Ekspert qeyd edib ki, saf sulara üstünlük verilməldiri nəinki, rəngli və qazlı içkilərə:

"Bu aylarda saf sulara ehtiyac daha çoxdur. Təbii ki, bunu həkimlər də yaxşı bilir, bu böyrək fəaliyyətini yaxşılaşdırmaq üçündür. Nəinki rəngli və qazlı içkilərə… Yəni çox vaxt marketlərdən alıb gətirdiyimiz rəngli içkilərin bizə ziyanı olur. Bu içkiləri toyda, nişanda içib ağız dadını dəyişmək olar. Lakin indi sərinləmək üçün daha çox soyuq suya üstünlük verilir.Lakin soyuq su tərləmənin qarşısını almır, elə də sərinlədici xüsusiyyəti yoxdur. Sərinləmək üçün çaylara müraciət etmək lazımdır. Bunlar Azərbaycanda dağlarda bitən nanə, itburnu, kəklikotu, çayı hazırlayıb içmək olar".

Yayda düzgün və balanslı qidalanmaq üçün bəzi qaydalar riayət etmək lazımdır.

Gündə ən az 2-2.5 litr su içmək tövsiyə olunur (fiziki aktivliyə görə bu daha da artırıla bilər). Çox yemək aclıq hissini artırmaq əvəzinə əks təsir edə bilər. Ona görə də az-az və tez-tez qidalanmaq tövsiyə olunur.

Axşam yeməyi daha yüngül olmalı və yatmazdan ən az 3 saat əvvəl yeyilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 İyul 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri