Icma.az
close
up
RU
Yayda pişik və itlərdə ən çox rast gəlinən dəri xəstəlikləri

Yayda pişik və itlərdə ən çox rast gəlinən dəri xəstəlikləri

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yay aylarında ev heyvanlarının dərisi xüsusilə həssas olur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qaşınma, qızartı, tüksüz sahələr, səpgilər - bunlar sadəcə istiyə reaksiya deyil, çox vaxt mövsümi dəri xəstəliklərinin əlamətləridir.

Niyə yayda heyvanlar daha çox dermatit və allergiya keçirir?

Mövsümi allergiyalar - əsas səbəblərdən biridir. Sidorovanın sözlərinə görə, itlər ən çox qoz, fındıq və müxtəlif otların çiçəklənməsinə qarşı allergik reaksiya göstərir. Ən çox qarın və pəncələrin qızarması otdan sonra baş verir.

Həşərat sancmaları da risklidir. Bu sancmalar allergik reaksiya yarada bilər. Xüsusilə burnun üstündə eozinofilik furunkulyoz adlı reaksiya daha çox itlərdə yaygındır.

Bəzən sadə bir bit şikayəti - ciddi xəstəliyə çevrilir

Bit allergik dermatiti – heyvanın bədəninin bitin tüpürcəyinə verdiyi reaksiya nəticəsində yaranır. Yayda bu xəstəlik parazitlərin aktivliyi ilə daha da artır və şiddətli qaşınma və iltihabla müşayiət olunur. Bit allergiyası yayda çox olur. Bu sadə görünən problem əslində ciddi narahatlıq yarada bilər.

Günəş də təhlükə yaradır

Yayda avtoimmün dəri xəstəlikləri də kəskinləşə bilər. Məsələn, pemfigus foliaceus (yapraqvari qabarcıqlı xəstəlik) nadir olsa da, ultrabənövşəyi şüaların təsirilə inkişaf edə bilər və çox təhlükəlidir.

Heyvanınıza necə kömək edə bilərsiniz?

İlk əlamətlərdə qaşınma, qızartı, səpgilər və ya xəsarətlər gördükdə veterinara müraciət edin. Gecikmək ağırlaşmalara səbəb ola bilər.

Mümkün müalicə vasitələri

Yerli vasitələr – kremlər, losyonlar, şampunlar

Sistemli dərmanlar – hormonal preparatlar, antiseptiklər (xəstəliyin növündən asılı olaraq)

Ev heyvanı sahiblərinə tövsiyələr:

Otların aktiv çiçəklənmə dövründə hündür otlu ərazilərdən uzaq olun

Gəzintidən sonra pəncələri və qarnını nəm salfetlə silin

Biti və gənələri önləyən damcılar və spreylərdən istifadə edin

Özbaşına müalicə etməyin! Dəqiq diaqnozu yalnız baytar qoya bilər

Nəticə

Yay dəri xəstəlikləri heyvanlar üçün tez-tez rast gəlinən problemdir, lakin nəzarət altında saxlamaq mümkündür.

Əsas şərt – diqqətli müşahidə, gündəlik gigiyena və mütəxəssis yardımıdır.

Sevimli dostunuzun sağlam dərisi – onun ümumi rifahının açarıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 İyul 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri