Icma.az
close
up
RU
Ən çox rast gəlinən beyin xəstəlikləri

Ən çox rast gəlinən beyin xəstəlikləri

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Beyin insan bədənindəki ən mürəkkəb və sirli orqandır. O, tənəffüsdən və hərəkətdən tutmuş düşüncə və yaddaşa qədər hər şeyi idarə edir. Lakin bu mürəkkəb quruluş xüsusi xəstəliklərə məruz qala bilər ki, bu da həyat keyfiyyətinə ciddi təsir edə bilər”. 

Ölkə.az xəbər verir ki, bunu rusiyalı həkim Yekaterina Demyanovskaya danışıb.

Həkim neyrodegenerativ xəstəliklər zamanı beynin hüceyrələrinin tədricən məhv olduğunu və bununla yanaşı, onların yerinə yetirdiyi funksiyaların da itirildiyini izah edib.

Onun sözlərinə görə, belə xəstəliklər irsi xarakter daşıya bilər və ya spontan şəkildə inkişaf edə bilər: 

“Onları birləşdirən xüsusiyyət isə xəstəliyin yavaş, lakin davamlı şəkildə irəliləməsidir. Bu prosesin qarşısını almaq mümkün olmasa da, onu yavaşlatmaq mümkündür. Beynin ən yayılmış degenerativ xəstəliklərindən biri Alzheimer xəstəliyidir.

Bu xəstəlik demensiyaya — yaddaşın, düşüncənin, diqqətin, məkan oriyentasiyasının və hətta nitqin geri dönməz şəkildə itirilməsinə səbəb olur. Xəstəliyin dəqiq səbəbləri hələ müəyyən edilməyib, lakin bir neçə fərziyyə var. Bəzi alimlər hesab edirlər ki, bu xəstəliyin yaranmasına səbəb asetilxolinin — sinir hüceyrələri arasında siqnalların ötürülməsinə cavabdeh olan maddənin çatışmazlığıdır. Digərləri isə düşünür ki, Alzheimer xəstəliyindən əziyyət çəkən insanların beynində defektli beta-amiloid zülalı yığılır. Bu yığıntılar zamanla lövhəciklər əmələ gətirir və nəticədə beyin hüceyrələri zədələnir və ölür.

Digər yayılmış neyrodegenerativ xəstəlik isə Parkinson xəstəliyidir. Bu xəstəlik də mərkəzi sinir sisteminə təsir edir. Lakin Parkinson xəstəliyi zamanı hərəkət və əzələ tonusuna, motivasiyaya və hərəkət təşəbbüsünə nəzarət edən beyin mərkəzləri arasındakı əlaqəni təmin edən dopamin istehsal edən neyronlar məhv olur. Xəstəliyin xarakterik simptomları arasında sakit vəziyyətdə başın, əllərin, ayaqların və hətta dilin titrəməsi (tremor), hərəkətlərin sərtliyi, nəticədə isə qamətin əyilməsi və yavaş, qeyri-sabit yeriş yaranır.

Parkinson xəstəliyinin ilk əlamətlərindən biri iybilmənin tamamilə itirilməsi — anosmiya ola bilər. Güman edilir ki, bu, qoxu ilə bağlı beyin neyronlarının zədələnməsi ilə əlaqəlidir”.

Bundan əlavə həkim qeyd edib ki, beynin yayılmış damar xəstəlikləri arasında insult da yer alır:

“İnsultun iki növü var: işemik (qan damarının tıxanması ilə bağlı) və hemorragik (damarın partlaması nəticəsində yaranan). Onların simptomları oxşardır: qəfil hərəkət və hissiyat pozuntuları, başgicəllənmə, ürəkbulanma, qeyri-ixtiyari hərəkətlər, cümlə qurmaqda çətinlik, hallüsinasiyalar, qıcolmalar”.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Aprel 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri