Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Yayda soyuqdəymə: İsti havada insanlar niyə xəstələnir?

Yayda soyuqdəymə: İsti havada insanlar niyə xəstələnir?

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Soyuqdəymə adətən qış fəslilə əlaqələndirilsə də, bir çox insan elə yayın qızmar günlərində bu xəstəliyə tutulur. Bəs isti havada virusla yoluxmaq necə mümkün olur?

Milli.Az xəbər verir ki, ukraynalı pediatr Darya Vlasenko bu suala öz "Instagram" səhifəsində aydınlıq gətirib.

İsti havada insanlar niyə xəstələnir?

Yay mövsümündə gözlənilmədən burun axması, boğaz ağrısı, öskürək və digər virus infeksiyasına xas əlamətlər ortaya çıxa bilər:

burun axması

boğaz ağrısı

asqırma

bədən ağrıları

öskürək

halsızlıq

baş ağrısı

qızdırma

İsti aylarda enteroviruslar, rotaviruslar və adenoviruslar aktiv dövrə daxil olur. Yay infeksiyaları adətən həzm pozğunluqları, dəri səpgiləri və burun tutulması ilə müşayiət olunur.

İl ərzində fərqli fəsillərdə aktivləşən 200-dən çox virus soyuqdəyməyə səbəb ola bilər. Rinoviruslardan sonra enteroviruslar isti havada daha çox yayılır və ikinci ən yayğın səbəb sayılır.

Bu viruslar əsasən hava-damcı yolu ilə - yəni xəstə şəxsin öskürməsi, asqırması və ya danışması zamanı yayılan tüpürcək və selik damcıları ilə, eləcə də çirklənmiş səthlər vasitəsilə yayılır.

Virusların genetik materialını qoruyan zülal qılafı (kapsid) olur. Bəzilərində isə əlavə olaraq lipid (yağ) qılafı da olur. Lipid qılaflı viruslar (məsələn, qrip, RSV) istiyə və quruluğa həssas olduqları üçün əsasən qışda yayılır. Qılafsız viruslar isə yüksək temperaturda da davamlı olur və yayda asanlıqla yayıla bilir.

Qışda olduğu kimi, yayda da soyuqdəymə 7-10 gün davam edə bilər. Bu müddət insanın ümumi sağlamlığı və immunitetindən asılıdır.

Havadan yayılan bu viruslar ilin istənilən fəslində yoluxucudur. Onlar burun və ağızdan çıxan kiçik damcılarla digər insanlara keçir.

Yay soyuqdəyməsini qrip, allergiya və COVID-19-dan necə fərqləndirmək olar?

Həkimin sözlərinə görə, soyuqdəyməni allergiya və ya qripdən fərqləndirmək hər zaman asan deyil. Xəstəlik əlamətləri hiss etdikdə evdə qalmaq, digərlərlə təmasdan uzaq durmaq, COVID-19 və qrip testi vermək tövsiyə olunur.

Yay aylarında səfərlər və kütləvi toplaşmalar infeksiyalara yoluxma ehtimalını artırır. Aeroportlar, otel otaqları, üzgüçülük hovuzları və uşaq meydançaları mikroorqanizmlərin mübadiləsi üçün ideal mühit sayılır.

Həmçinin qeyd olunur ki, günəş altında uzun müddət qalmaq immun sistemini zəiflədir və yoluxma riskini artırır.

Məsələn, +32°C isti havadan +22°C hava kondisionerli otağa keçid zamanı bədən üçün termal stress yaranır. Araşdırmalar göstərir ki, 7°C-dən çox temperatur fərqi tənəffüs yolu infeksiyaları riskini 35% artırır.

Bundan əlavə, hava kondisionerləri təkcə soyuqluq mənbəyi deyil, həm də bakteriya yığınının mənbəyidir. Əgər cihazların filtrləri mütəmadi təmizlənməzsə, zatürre və bronxit kimi xəstəliklərə səbəb ola bilər. Uşaqlara birbaşa kondisioner havası yönəltmək qəti şəkildə tövsiyə olunmur.

Soyuqdəymənin müalicəsi necə aparılmalıdır?

Adi soyuqdəymə üçün effektiv antivirus preparatları yoxdur, lakin əlamətləri yüngülləşdirmək mümkündür:

kifayət qədər istirahət və yuxu

bol maye qəbul etmək

baş ağrısı və qızdırma üçün asetaminofen (məsələn, Panadol) qəbul etmək

boğaz ağrısı üçün isti duzlu su ilə qarqara, boğaz spreyləri və ya lozenqlərdən istifadə etmək

Kənan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:353
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 May 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri