Icma.az
close
up
RU
Yayılan A qrip virusudur, ajiotaja ehtiyac yoxdur

Yayılan A qrip virusudur, ajiotaja ehtiyac yoxdur

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Payızın ilk aylarından etibarən uşaqlar arasında yayılan xəstəlik ilin sonunda pik həddə çatdı. İstifadə edilən dərmanlarla 40 – 41 dərəcəni keçən hərarəti salmaq mümkün olmayanda valideynlər xəstəxanalara üz tutdular. Qusma, ishal, ürəkbulanma, əzələ ağrısı şikayətləri ilə müraciət edənlərə ilk yardım kimi kompleks dərmanlarla infuziya vasitəsi ilə yardım olundu. 
Başqa ölkələrdən gələn xəbərlərlə isə əhali arasında çaşqınlıq yarandı. Xarici mətbuatın yaydığına görə, Qırğızıstanda 2024-cü ilin son günlərində yeni infeksiya – metapnevmovirusa yoluxma halı qeydə alınıb. Ölkədə epidemioloji nəzarət tədbirləri gücləndirilib. Oktyabr – dekabr ayında xəstələrdən ümumilikdə 1 144 nümunə toplanıb. Laboratoriyaya göndərilən müayinələrin nəticələri əsasında  metapnevmovirusa iki yoluxma halı aşkarlanıb.
Qırğızıstanın səhiyyə qurumlarının verdikləri məlumatda qeyd edilir ki, xəstəlik Çində daha çox yayılıb. Ölkənin şimal əyalətlərindəki xəstəxanaların əksəriyyəti uşaq və yeniyetmələrdən ibarət metapnevmovirus xəstələri ilə doludur. Xəstəlik COVID-19-un simptomlarına bənzər əlamətlərlə müşahidə olunur: boğaz ağrısı, öskürək, zəiflik, başgicəllənmə, titrəmə. Ümumilikdə isə xəstəlik yüngül keçir, lakin immun sistemi zəif olan insanlarda bronxit və pnevmoniya inkişaf edir.
Ölkəmizdə də yeni yayılan virusla bağlı narahatlıq var. Yanvarın 6-da Səhiyyə Nazirliyi belə bir açıqlama ilə xalqa müraciət etdi ki, hər il Şimal yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda, əsasən, dekabr–mart aylarında mövsümi qrip – influenza və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır.
Metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur, mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir.
Nazirliyin açıqlaması ilə bağlı mütəxəssis fikri önəmli olar məqsədilə hər gün  xəstələrlə təmasda olan “Leyla” Klinikasının şöbə müdiri, təcrübəli pediatr Sahib Cəfərovdan hazırkı durumla və metopnevmavirusla bağlı müsahibə aldıq. 
– Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir. Çində alovlanan metapnevmovirus daha çox 15 yaşa qədər uşaqlar arasında yayılıb. Virusun Rusiyada digər bir sıra ölkələrdə aşkarlanması barədə də mediada məlumatlar verilir. Haqqında söhbət yayılan virus elə də yeni deyil, 2021-ci ildə tapılıb. İnfeksiyaya yoluxmanın gedişi belədir ki, ilk dəfə bütün uşaqlar bu virusa yoluxur, onlarda virusa qarşı immunitet yaranır. Böyüklər isə təkrarən virusa yoluxa bilir, xəstəlik yenidən qayıdır. Virusda həm burun axma, həm boğaz, həm boğucu öskürək ola bilər. Adətən xəstəlik 5–7 gün çəkir. Amma xəstəlik ağciyər problemi olanlarda, astma xəstələrində, immunitet defisitli insanlarda pnevmoniya ilə ağırlaşa bilər.
Metapnevmovirus pandemiyadan sonra hər il dövr edir və mövsümi yoluxma olur. Hətta statistikası da aparılır.  Bu infeksiyaya qarşı spesifik virus dərmanı yoxdur. Ona görə hərarətsalıcı, burun açıcı, öskürək əleyhinə dərmanlardan istifadə olunur. Pnevmoniyaya çevrilmə ehtimalı böyük olduğundan xəstəyə müalicə prosesində  antibiotiklər təyin edilir. Amma onu xüsusi qeyd edək ki, bu dərmanları həkim təyin etməlidir.
– Hazırda ölkəmizdə epidemioloji durum necədir? 
– Əminliklə deyə bilərəm ki, ölkəmizdə uşaqlar arasında geniş yayılmış metapnevmovirus yox, A qrip virusudur. Ajiotaja ehtiyac yoxdur.  Amma valideynlər diqqətli olmalıdırlar. Ayrı-ayrı illərdə qrip virusunun müxtəlif ştamları ortaya çıxır. Onlar da bir-birindən müəyyən qədər fərqlənir. Bundan başqa, digər respirator virusların təxminən 200 növü var. Növlər müəyyən zamanlarda bir-birini əvəz edir. Lakin bunlar yeni yayılmış viruslar deyil. 2024-cü ildə ölkədə hansısa yeni mövsümi xəstəlik müşahidə edilməyib. Bildiyimiz kimi, dekabr, yanvar, fevral qripin yayılması üçün münbit şəraitin olduğu aylardır. Hazırda yanvar ayı olmasına baxmayaraq, mövsümi qripin kəskin artımı da müşahidə edilir. Üstəlik A qrip virusu da yayılıb.  Xəstəlik immuniteti zəif və ya yanaşı xəstəlikləri – bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri olan insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.
Amma nəfəs yolları ilə bağlı problemləri olmayan şəxslərdə xəstəlik digər respirator infeksiyalar kimi əsasən, fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələnir. Müalicə adətən simptomlara görə aparılır. Xəstələrdə müayinə ilə virusun pozitiv çıxması müalicə taktikasını dəyişmir. Bütün viruslara qarşı mübarizə və müalicə üsulu dəyişməzdir.
– Xəstəliyə yoluxanlar çoxdurmu?
– Çoxdur. Gün ərzində klinikaya 400-ə yaxın xəstə müraciət edir.  Qan təhlillərinə əsasən, xəstənin hansı virusa, yaxud hansı bakteriyaya yoluxduğu müəyyən edilir. Müalicə müayinənin nəticəsinə əsasən aparılır. Bütün viral infeksiyalarda tətbiq edilən müalicə dəyişmir.  Kəskin respirator virus infeksiyalarına yoluxmalar da xeyli çoxdur. Bunların arasında fəsillə bağlı qrip nisbətən daha təhlükəlidir, ağırlaşmalar və xoşagəlməz nəticələri ilə fərqlənir. Bu infeksiyalardan qorunma yolları, əsasən, qeyri-spesifikdir və hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün ümumidir.
– Xəstələrin qida qəbulu necə olmalıdır? Virusa yoluxmamaq üçün tövsiyəniz. 
–  Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə həkimlərin tövsiyələrinə əməl etmək yetərlidir. Xüsusilə, yüksək həssaslığa malik şəxslərə məsləhət görülür ki, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etsinlər. Onlar özləri xəstələnməsələr də virus daşıyıcısı kimi ailədəki digər şəxsləri, xüsusilə, uşaqları yoluxdura bilərlər. İnsanların əl gigiyenasına riayət etməsi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsi vacibdir. Hər hansı respirator simptomları olan şəxslərin, əgər temperaturu yüngül hərarətsalıcılarla tənzimləmək mümkündürsə, ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur. 
Bununla yanaşı, onu demək vacibdir ki, bizim insanlarda peyvəndə qarşı bir qədər laqeydlik var. Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır. 
Sonda onu qeyd edək ki, ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün müvafiq laboratoriyalarda xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır. Özündə narahatlıq hiss edən, virusa yoluxma şübhəsi olan insanlar həmin laboratoriyalara müraciət edib müayinədən keçə bilərlər.
Qripə qarşı spesifik və təsirli qorunma vasitəsi vaksinasiyadır. Hər il sentyabr–oktyabr aylarında dövriyyədə olan fəslə uyğun qrip viruslarına qarşı olunan peyvənd həmin şəxsi növbəti vaksinasiyayadək qoruyur. Qripə qarşı peyvəndin birinci növbədə risk qrupları arasında aparılmasına çağırışlar edilir. Yadda saxlamaq lazımdır ki, yalnız vaxtında edilmiş peyvənd bir çox xoşagəlməz fəsadların və ağır nəticələrin qarşısını ala bilər. Qapalı məkanlara girərkən, mümkün qədər maskadan istifadə etmək də təsirli ehtiyat tədbirlərindən biridir. 

Zərifə BƏŞİRQIZI 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see482

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see446

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see405

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see323

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see270

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see246

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see212

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see207

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see189

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see189

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see175

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see173

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

02 İyul 2026 19:25see173

Saray qəsəbəsi dünəndən sabaha boy atır

03 İyul 2026 00:00see171

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see167

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see165

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see164

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see162

WhatsApp ın yeni username funksiyasını dayandırdılar

03 İyul 2026 04:37see162

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri