Icma.az
close
up
RU
Yayılan xəstəliklə bağlı doğru bildiyimiz risk Bu səhvi çoxumuz edirik

Yayılan xəstəliklə bağlı doğru bildiyimiz risk Bu səhvi çoxumuz edirik

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər yayılan virus infeksiyası fonunda əksər valideynlər uşaqlarına ev şəraitində sistem (damardaxili məhlul) vurdurmağa cəhd edirlər. Lakin bunun tibbi qaydalara zidd olduğu deyilir. Belə ki, evdə uşağa sistem qoşulmasına icazə verilmir və tibb bacıları bunu icra etməkdən imtina edir.

Xəstəxanalarda isə yalnız həkim müayinəsindən sonra və zərurət olduqda sistem təyin oluna bilər. Adətən həkimlər uşaqlara sistem vurulmasını məqsədəuyğun saymır və bu cür təyinat vermir. Hətta yaxın vaxtlarda uşaqlara sistem qoşulmasının tam qadağan ediləcəyi ilə bağlı iddialar da səsləndirilir.

Uşaq üçün bunun fəsadları nədir? Sistemə niyə icazə verilmir?

Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, uşaqlarda venadaxili infuziya müalicə üsulu deyil:

“Yalnız zəruri tibbi göstəriş olduqda və xəstəxana şəraitində tətbiq olunur. Uşaq orqanizmi maye və elektrolit dəyişikliklərinə çox həssasdır. Nəzarətsiz sistem maye yüklənməsi, elektrolit pozğunluğu, ürək-ağciyər fəsadları və infeksiya riski yarada bilər”.

Mütəxəssis bildirib ki, ev şəraitində sterillik və monitorinq mümkün olmadığı üçün bu risklər artır:

“Bu səbəbdən əksər hallarda uşaqlarda ağızdan maye və düzgün qidalanma üstün tutulur, sistem isə yalnız ağır vəziyyətlərdə son seçimdir. Valideynlər çox vaxt sistemi “tez sağaldan vasitə” kimi görür. Halbuki sistem virusu öldürmür, immuniteti gücləndirmir. Sadəcə müvəqqəti rahatlıq yarada bilər. Uşaqlara sistem qoşulmasının məhdudlaşdırılması və ya qadağan edilməsi təhlükəsizlik məqsədi daşıyır. Hazırda yayılan virus fonunda valideynlərin təşvişi başadüşüləndir, lakin əsassız sistem cəhdləri uşağın sağlamlığı üçün faydalı yox, təhlükəlidir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri