Yayılan yeni virusun qeyriadi simptomu aşkarlandı 5 gün davam edir...
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Son vaxtlar Çində başlayaraq bütün dünyaya yayılan HMPV virusu narahatlıq doğurmağa davam edir. Elm adamları virusun "qeyri-adi" simptomlarından birini müəyyən ediblər.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Niderlanddan olan tədqiqatçılar virusun sinə, qasıq, bel və çanaq nahiyələrində qırmızı səpgilərə səbəb olduğunu aşkarlayıblar. Həmçinin qusma, halsızlıq, boğaz ağrısı, burun axması və beş gün davam edən yüksək hərarət virusun digər simptomları kimi qeydə alınıb.
İngiltərə mətbuatının məlumatına görə, ABŞ və İtaliyada da bu simptomlara rast gəlinib.
Mütəxəssislər xroniki ağciyər xəstəliklərindən əziyyət çəkənlər, immun sistemi zəif olan şəxslər, uşaqlar və yaşlılar üçün virusun daha böyük təhlükə yaratdığını bildiriblər.
Virusun yayılması sürətləndikcə, əhalinin diqqətli olması və gigiyena qaydalarına ciddi əməl etməsi tövsiyə olunur.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 Yanvar 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















