Icma.az
close
up
RU
Yayın istisində siqaret çəkmək daha təhlükəlidir

Yayın istisində siqaret çəkmək daha təhlükəlidir

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsti havada siqaret çəkmək təzyiq və ürək-damar xəstəlikləri riskini artırır.

Atatürk Universitesi Tibb Fakültəsi Döş Xəstəlikləri Fundamental elm sahəsi üzrə rəhbər, prof., dr. Leyla Sağlam yayda isti havada siqaret çəkməyin daha təhlükəli olduğunu qeyd edib. Onun sözlərinə görə, təzyiq, ürək-damar xəstəlikləri isti havada risk altında olmaqla yanaşı belə hava şəraitində siqaret çəkilməsi bu riski daha da artırır.

Leyla Sağlam Dünya Sağlamlıq Təşkilatının 31 may gününü siqaretsiz gün olaraq qəbul etməsi ilə bu məsələyə diqqətin biraz da artdığını, builki mövzunun isə tütün məhsullarının qeyri-qanuni ticarəti ilə bağlı olduğunu vurğulayıb.

Aparılan tədqiqatlarda qeyri-qanuni yollarla əldə edilən siqaretdən istifadənin 10 faiz nisbətində olduğu təxmin edilir. Ölkələr üzrə bu nisbət fərqli ola bilər.

Siqaretin səbəb olduğu əsas xəstəliklər sırasında ağciyər xərçəngi, ürək-damar xəstəlikləri, xroniki ağciyər xəstəlikləri yer alır. Siqaretdən istifadə müddətinin də önəmli olduğunu qeyd edən mütəxəssis siqaretin uzun illər ərzində çəkilərsə, risklərinin də artdığına diqqət çəkib.

Siqaret xərçəng xəstəliyinə səbəb olur

Siqaretdən istifadənin bədəndə bərpası mümkün olmayan zərərlərə səbəb olduğunu dilə gətirən L.Sağlam ağciyər xərçəngi başda olmaqla siqaretin bütün orqanların xərçəng riskini artırdığını söyləyib. Xüsusilə də sidik kisəsi xərçəngi bu qəbildəndir.

Uşaqlar da risk altındadır

Habertürk.com saytının məlumatına görə, L. Sağlam siqaret çəkənlərin verdiyi zərər baxımından xüsusilə uşaqların böyük risk qrupu altında olduğunu vurğulayıb. Çünki siqaretdən qaynaqlanan ölümlərin 10 faizini uşaqlar təşkil edir. Uşaqlar siqaret çəkmədikləri halda sadəcə siqaretin tüstüsündən zəhərlənərək belə bir aqibət yaşamağa heç layiq deyillər. Bu səbəbdən siqaret çəkən yetişkinlər, ana-atalar, həkimlər, müəllimlərin üzərinə çox böyük məsuliyyət düşür. Hər kəs bu məsuliyyəti dərk edib əməl etsə, daha sağlam və xoşbəxt ailəyə sahib oluna biləcəyini qeyd edən mütəxəssis siqaretin həmçinin qadınlara da çox zərər verdiyini deyib. Bu, dərinin yaşlanması, sonsuzluq kimi problemlərə gətirib çıxara bilər. Qadınların genetik quruluşu səbəbilə də siqaretdən istifadə onlara ziyandır. L.Sağlamın sözlərinə görə, qadınlar arasında siqaret istehlakı daha aşağı nisbətdə olduğu üçün onlar siqaret istehsalçılarının hədəf kütləsi halına gəlirlər. Siqaret istifadəsinə meyli artırmaq üçün müxtəlif yollara baş vurulur, asılılıq yaradan maddələrdən istifadə edilir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri