Icma.az
close
up
RU
Yayın sirri: Sağlamlığı möcüzəvi şəkildə gücləndirən meyvə

Yayın sirri: Sağlamlığı möcüzəvi şəkildə gücləndirən meyvə

News24 saytına istinadən Icma.az xəbər verir.

Bakıda yay mövsümünün gəlişi ilə ərik və şaftalı satışında canlanma müşahidə olunur. Bu mövsümi meyvələr piştaxtalarda geniş yer tutur və alıcıların diqqətini cəlb edir.

News24.az xəbər verir ki, qiymətlər nisbətən yüksək olsa da, məhsullara tələbat azalmır. Ərik və şaftalı yalnız dad xüsusiyyətləri ilə deyil, həm də sağlamlığa faydaları ilə seçilir. Mütəxəssislər bu meyvələrin orqanizm üçün faydalı qida mənbəyi olduğunu bildirirlər.

Hər iki meyvə A, C və E vitaminləri ilə yanaşı, kalium, lif və antioksidantlarla zəngindir. A vitamini sayəsində ərik və şaftalı göz sağlamlığını qoruyur, xüsusilə gecə görmə qabiliyyətini yaxşılaşdırır, göz quruluğunu azaldır və yaşa bağlı görmə problemlərinin qarşısını almağa kömək edir. Bu meyvələrdəki təbii liflər bağırsaq fəaliyyətini tənzimləyir, qəbizliyi aradan qaldırır və ümumi həzm sistemini gücləndirir. Qurudulmuş ərik isə bağırsaqlar üçün daha da təsirlidir.

C vitamini və antioksidantlar dərinin elastikliyini artırır, qocalma əlamətlərini gecikdirir və dərini günəşin zərərli təsirlərinə qarşı qoruyur. Kalium ürək ritmini sabit saxlayır, təzyiqi tənzimləyir və infarkt riskini azaldır. Eyni zamanda bu meyvələr damar tıxanıqlığının qarşısını alan maddələrlə zəngindir. İmmunitet sisteminə də müsbət təsir göstərən ərik və şaftalı, virus və infeksiyalara qarşı bədəni gücləndirir, xüsusilə C vitamini ilə bu təsiri artırır.

Ərik tərkibindəki dəmir və mis mineralları sayəsində qanazlığı ilə mübarizədə kömək edir. Qurudulmuş formada isə daha yüksək dəmir tərkibi ilə təbii dəstək hesab olunur. Aşağı kalorili olmalarına baxmayaraq toxluq hissi yaratdıqları üçün pəhriz saxlayanlar tərəfindən də tez-tez seçilir. Bu meyvələr eyni zamanda metabolizmi sürətləndirir və yağ yandırma prosesini dəstəkləyir.

Şaftalı əsəb sisteminə olan müsbət təsiri ilə xalq arasında “sakitləşdirici meyvə” kimi tanınır. Tərkibindəki maqnezium və B qrupu vitaminləri sayəsində stressi azaldır, əhvalı yaxşılaşdırır və gündəlik gərginliyi yüngülləşdirir.

Ərik və şaftalı yay aylarında süfrəmizə tez-tez gələn meyvələr olsa da, onların dəyəri yalnız ləzzətlərində deyil, orqanizmə verdiyi saysız faydalardadır. Mövsümündə bu meyvələrdən bol-bol istifadə etmək, həm sağlamlıq, həm də ruh halı baxımından olduqca önəmlidir. Bədənimiz bu təbii dəstəyi layiqincə dəyərləndirəcək./yenisabah

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 İyun 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri