Icma.az
close
up
RU
Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. 
AZXEBER.COM-un Demokrat.az-a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddindən artıq isti və rütubətli hava orqanizmin istilik balansını qorumaq üçün damarların genişlənməsinə və tərləmənin artmasına səbəb olur. Bu proses ürək döyüntüsünü və pompalanan qan həcmini artıraraq ürəyin iş yükünü yüksəldir.
Mütəxəssis qeyd edib: "Bu vəziyyət təkcə ürək xəstələri üçün deyil, ümumilikdə hər kəs üçün diqqət tələb edir. Xüsusilə günün 15:00-a qədər olan saatlarında açıq havada qalmaqdan çəkinmək vacibdir”.
1. Koronar damar xəstəliyi olanlar daha diqqətli olmalıdır
İsti havalarda tərləmə nəticəsində maye itkisi və qanın qatılaşması infarkt riskini artıra bilər. Dr. Erçan bildirib: "Bədən istiliyini tənzimləmək üçün artan tərləmə maye və elektrolit itkisinə səbəb olur. Bu isə təzyiqin enməsinə, ürəyin kompensator olaraq daha sürətli işləməsinə gətirir. Koronar damar xəstəliyi olan şəxslərdə bu vəziyyət infarkt və ritm pozğunluğu riskini yüksəldə bilər”.
2. Maye itkisini kompensasiya edin
İsti günlərdə xüsusilə hipertoniya xəstələrinin diqqətli olması vacibdir. Mütəxəssis qeyd edib: "Tərləmə ilə itirilən maye və elektrolitlər vaxtında bərpa olunmazsa, təzyiq dalğalanmaları yarana bilər. Buna görə su və mineral balansının qorunması vacibdir”.
3. Dərman rejiminizi yoxlayın
İsti hava ürək dərmanlarının təsirinə və orqanizmdə paylanmasına təsir göstərə bilər. Dr. Erçan bildirib: "Xüsusilə güclü istilərdə maye itkisi artır. Ürək xəstələri dərman dozasını həkim məsləhəti olmadan dəyişməməli, azaltmamalı və ya dayandırmamalıdır”.
4. Düzgün geyim və qorunma üsullarından istifadə edin
Yay aylarında açıq rəngli, pambıq və yüngül geyimlər seçilməlidir. Günəş şapkası və eynəkdən istifadə tövsiyə olunur. Mütəxəssis bildirib: "Kölgədə istirahət etmək, mütəmadi su içmək və fiziki aktivliyi günün sərin saatlarına planlaşdırmaq ürək sağlamlığını qorumağa kömək edir”.
5. Təcili vəziyyətlərə hazır olun və diqqətli davranın
Ürək xəstələrinin yanında mobil telefon olmalı, təcili əlaqə üçün yaxın şəxslərin nömrələri əlçatan saxlanmalıdır. Dr. Erçan qeyd edib: "İsti havada spirtli və kofeinli içkilərin məhdudlaşdırılması tövsiyə olunur. Gəzinti zamanı tez-tez kölgədə və sərin yerlərdə fasilə verilməlidir. Bu tədbirlər isti ilə bağlı riskləri azalda bilər”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 İyun 2026 01:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri