Yaz allergiyası mövsümündə ən çox hansı səhvə yol verilir?
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Allergiya mövsümü başlamazdan əvvəl bir çox insanlar eyni səhvi edir ki, bu da çiçəklənmə dövrünü xüsusilə çətin keçirir.
Redaktor.az "Bristol Post" qəzetinə istinadən xəbər verir ki, bu barədə ümumi praktika həkimi Niqhat Arif danışıb.
Həkim qeyd edib ki, ən çox yayılmış səhv antihistamin preparatlarının qəbuluna gec başlanmasıdır. Onun sözlərinə görə, dərmanları çiçəklənmə mövsümünün başlanmasına qədər - havada çox tozcuq olmadığı zaman qəbul etmək daha effektiv təsir göstərir.
Çiçəklənmə dövrünə hazırlıq üçün həkim həmçinin tozcuqların yayılma proqnozlarını izləməyi, əvvəlcədən dərman ehtiyatı toplamağı və ya məsləhət üçün həkimə müraciət etməyi tövsiyə edib. Onun fikrincə, mövsümün qızğın vaxtında vazelin də faydalı ola bilər. Niqhat Arif vazelini buruna və burunun ətrafına çəkməyi məsləhət görüb.
"Vazelin tozcuğa qarşı baryer (maneə) rolunu oynayır, tozcuqları burun keçidlərinə girməzdən əvvəl tutub saxlayır", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 12 Mart 2026 04:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















