Icma.az
close
up
RU
Yaz aylarında bu göyərtilər yeyilməlidir ORQANİZMİ TƏMİZLƏYİR

Yaz aylarında bu göyərtilər yeyilməlidir ORQANİZMİ TƏMİZLƏYİR

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Qış fəslində qidalanma insan orqanizmini vitamin və antioksidant deposunu azaldır, çünki yediyimiz qidaların tərkibində vitaminlər az olur, bədənimiz necə deyərlər vitaminsizləşir.

Yazda təzə tər bitən bitkilərdən qidalanma orqanizmin balansını qoruyur, bədənin xəstəliklərə və xarici mühit təsirlərinə davamiyyətini artırır. Yazda insan oğlu üçün böyük Allahımız 1001 nemət bitirir.  Bunlardan mütləq istifadə etməliyik.

Əməköməci

Azərbaycanın bütün regionlarında, hətta Bakıda hər addım başı rast gəlmək olur, çox dadlı şorbası olur, qutab da bişirə bilərsiniz. Tərkibində maldivin adında maddə çox güclü bir mikroböldürücüdür. Ağız boşluğu, ağ ciyər xəstəlikləri, mədə-bağısaq səpmələrində olduqca faydalıdır.

Gicitkən

Bütün bazarlarda təzə yarpaqları satılır, təzə yarpaqları ilə revmatizm xəstəliyində ayaqları döymək çox faydalıdır. Təzə yarpaqlarını 5-6 saat suda saxlayandan sonra şirəsini çəkib səhər ac qarına içmək bədən üçün çox şəfalıdır. Qan azlığını götürür, xərçəng olmaqdan qoruyur, hətta xərçəng şişlərini balacalaşdırır. Tərkibi başdan-başa Mendeleyev cədvəlidir, insanda yeni qan əmələ gətirir.

Təzə sarımsaq

Yaşıl sarımsaq tərkibinə görə baş sarımsaqdan çox-çox zəngindir. Çox güclü bir baktriosit və şişlər əleyhinə təsiri vardır, şirəsini çəkib limon şirəsi ilə qarışdırıb ac qarına içilməsi xərçəng xəstələri üçün çox faydalıdır. Çox güclü bir qurdqovucudur, yeməklərlə yeyilməsi bədəndən bütün qurdların, əsasən lyambliyaların tökülməsinə səbəb olur.

Qulançar

Dünən Elitin dalındakı kəndli bazarından 5 dəstə aldım. Qulançarın tərkibində zəngin U vitamini vardır. U vitamini mədə-bağısaq yaralarında, qastritlərdə, kolitlərdə çox faydalıdır. Qulançar hamilə xanımların çox sevdiyi yemək olmalıdır, çünki tərkibində zəngin fol turşusu vardır. Qan yaranmaya təsir edərək yeni qan yaradır. Zəngin A vitamini olduğundan gözlərə çox xeyirlidir. Böyrək soyuqdəymələrində yeyilməsi faydalıdır, qulançarı azca qovurub yeyə bilərsiniz.

Cincilim

Yaz ayının vazkeçilməz bitkisidir, əla bir qutabı olur, tərkibində demək olar bütün vitaminlər var. Cincilim çayından yarım stəkan içən kimi mədə qıcqırmasını götürür, mədə bağırsaq üçün olduqca faydalıdır, qaraciyərin dostudur desək yanılmarıq, qaraciyərin çatışmazlığı nəticəsində artmış olan bütün fermentləri zaman-zaman azaldır. Tərkibində yod olduğundan qalxanabənzər vəz çatışmazlığında içilməsi faydalıdır. Axşam çayının içilməsi əsəbləri sakitləşdirir, yaxşı yuxuya səbəb olur. Bu bitkini mütləq uşaqlarınıza yedizdirin.

Yarpız

Yazın daha bir vazkeçilməzi yarpızdır. Yarpızı yığın, balaca-balaca doğrayın, yumurta ilə kükü bişirin və ya içdiyiniz çaya qarışdırıb için, çox yaxşı bir köpqovucudur. Bədəni rahatladır, əsəbləri sakitləşdirir, çox yığıb qurudun bütün il boyu əsəbsakitləşdirici çay kimi içə bilərsiniz, gözəl ətri olur.

Reyhan

Göyərti olmasına baxmayaraq həm də əla bir dərman bitkisidir. Əla bir kompotu olur, yeməklərlə bir yeyilməsi yeməyi rahat həzmə verir, bağırsaqları çalışdırır, ürəyi qidalandırır. Tərkibində zəngin vitaminlər var, iştahı açır. Peyğəmbərimiz (əlyhisəlam) reyhan haqqında belə demişdir: “Reyhan çiçəyi kimə verilsə mütləq alsın, qoxusu gözəldir. Bədəndəki ödəmləri (su şişməsini) götürür, böyrəkləri təmizləyir. Ətri cinsi istəyi artırır.”

Şomu

Yabanı şomu can dərmanıdır, bu bitkidə o qədər vitamin, mineral vardır yazsam bir vərəq belə tutmaz, bol-bol yeyin, əla bir qutabı olur, qışdan çıxmış zəif orqanizmlər uşaqlar üçün başdan-başa şəfadır.

fizulihuseynov 

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri