Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

Yaz sessiyası başlayır: deputatlar hansı təkliflərlə qayıdır?

Yaz sessiyası başlayır: deputatlar hansı təkliflərlə qayıdır?

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gündən Milli Məclisin deputatlarının tətil müddəti başa çatır. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar yaz sessiyasına hazırlıq məqsədilə komitə iclaslarına başlayırlar.
Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Sessiya çərçivəsində plenar iclasların keçirilməsi, bir sıra qanun layihələrinin müzakirəsi və qəbul olunması nəzərdə tutulur. Hər yeni sessiya cəmiyyətin gündəmində dayanan məsələlərin qanunvericilik müstəvisində əksini tapması baxımından xüsusi əhəmiyyət daşıyır.
Modern.az deputatlarla əlaqə saxlayaraq onların yeni sessiya üçün irəli sürməyi planlaşdırdıqları qanun layihələri barədə sorğu keçirib. 


Elm və təhsil komitəsinin və Mədəniyyət komitəsinin üzvü olan Elnarə Akimova bildirib ki, bu sessiya ərəfəsində əsas hədəf sosial-iqtisadi inkişafın yeni çağırışlarına uyğun hüquqi mexanizmlərin formalaşdırılması, insan kapitalının gücləndirilməsi və mədəni-humanitar sahələrdə dövlət siyasətinin qanunvericilik bazasının daha da təkmilləşdirilməsi olacaq:
“Hazırda Milli Məclisin Elm və təhsil komitəsində üzərində işlənilən qanun layihələri əsasən təhsil sisteminin keyfiyyətinin artırılması, ali və orta ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, eləcə də elm və təhsilin inteqrasiyası ilə bağlıdır. Xüsusilə “Təhsil haqqında” qanuna dəyişikliklər, müəllimlərin peşəkar inkişafı və sertifikasiya mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də rəqəmsal təhsil resurslarının hüquqi əsaslarının gücləndirilməsi yaz sessiyasında müzakirəyə çıxaracağım məsələlər sırasındadır. Bu sahədə mövcud boşluqlar daha çox təhsildə keyfiyyətə nəzarət, regionlar üzrə imkan bərabərliyi və qeyri-formal təhsilin tanınması ilə bağlıdır”.
O qeyd edib ki, Mədəniyyət komitəsində isə diqqət əsasən mədəni irsin qorunması, yaradıcı sənayelərin inkişafı və mədəniyyət sahəsində çalışan şəxslərin hüquqi statusunun dəqiqləşdirilməsi istiqamətində cəmlənib. “Mədəniyyət haqqında” qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, teatr, kino, nəşriyyat və ədəbiyyat sahəsində dövlət dəstəyinin mexanizmlərinin daha şəffaf və effektiv formada tənzimlənməsi müzakirə olunan mövzulardandır. Eyni zamanda, müəllif hüquqları, ədəbi və elmi əsərlərin tərcüməsi və beynəlxalq dövriyyəyə çıxarılması ilə bağlı normativ bazanın gücləndirilməsi də Mədəniyyət komitəsinin gündəliyində xüsusi yer tutur. 
“Bildiyimiz kimi ölkə başçısı cənab İlham Əliyev 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasını təsdiq etdi. Konsepsiyadan irəli gələn vəzifələrin qanunvericilik müstəvisində təmin edilməsi üçün vacib məsələləri yaz sessiyasında qaldıracağam.
Təhsil sahəsində sürətlə dəyişən texnologiyalar, mədəniyyət sahəsində isə müstəqil yaradıcı fəaliyyətin genişlənməsi daha çevik və funksional hüquqi tənzimləmə tələb edir. Buna görə də yaz sessiyasında mövcud mexanizmləri real ehtiyaclara uyğun şəkildə yenidən qurmaq məqsədilə  bəzi təkliflərim olacaq”- E. Akimova sonda bildirib.

Aqrar siyasət komitəsinin sədr müavini və İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev isə bildirib ki, onun bu sessiyada kənd təsərrüfatı və regionların inkişafı ilə bağlı qanunvericilik təşəbbüsləri olacaq. 

“Birinci növbədə, fermerlər üçün uzunmüddətli və aşağı faizli kredit mexanizmlərinin qanunla daha aydın tənzimlənməsi vacibdir. Bura həm də aqrar sığorta sisteminin sadələşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, torpaq icarəsi və istifadəsi ilə bağlı prosedurların yüngülləşdirilməsi, o cümlədən kənd yerlərində fəaliyyət göstərən emal müəssisələrinə vergi və sosial güzəştlərin artırılması daxildir. Məqsəd kənddə istehsalı stimullaşdırmaq, gənclərin regionlardan köçünün qarşısını almaq və ərzaq təhlükəsizliyini gücləndirməkdir”.
O həmçinin əmək bazarına çıxmaq istəyən gənclər üçün sistemli boşluqların doldurulması istiqamətində də təklifləri olacağını bildirib:
“İlk dəfə işə düzəlmək istəyən gəncləri işəgötürənlərə vergi güzəştlərinin tətbiq olunması, bununla bərabər dövlət-özəl sektor əməkdaşlığı ilə “ilk iş yeri” proqramlarının qanunla təsbitidir. Məqsəd əmək bazarına yeni daxil olan gənclərin iş tapmasını asanlaşdırmaq, işəgötürənləri gənc kadrların cəlb edilməsinə həvəsləndirmək və dövlət–özəl sektor əməkdaşlığı əsasında “ilk iş yeri” mexanizmini qanunvericilik səviyyəsində formalaşdıraraq gənclər arasında işsizliyin azaldılmasına nail olmaqdır”.

Səhiyyə komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva qeyd edib ki, yaz sessiyada təmsil olunduğum Səhiyyə komitəsində “Vərəmlə bağlı ictimai dinləmə” keçirilməsi planlaşdırılıb. 
“Bu sahədə qanunvericiliyin yenilənməsinə çalışacağıq. Həmçinin, ilkin səhiyyə xidmətinin ölkəmizdə təkmilləşdirilməsi istiqamətində qanunvericilikdə yeniliklərin edilməsini dəstəkləyirik. Nə qədər bu sahə inkişaf etsə, bir qədər insanlar arasında qeyri-infeksion xəstəliklərlə xəstələnmə azalacaqdır. İnsanlar arasında səhiyyə maarifinin – sağlam həyat tərzinin təbliği, fiziki aktivlik, profilaktikanın gücləndirilməsi də olduqca vacibdir”. 
Deputat həmçinin qeyd edib ki, “Əhalinin Sağlamlığının qorunması” haqqında qanunda “səyyar müayinələr”lə bağlı hüquqi çərçivənin müəyyən edilməsinə ehtiyac var. Evdə və ya icmalarda səyyar müayinələr faktiki olaraq icra olunur və insanların səhiyyə xidmətlərinə əlçatanlığını artırması baxımından mühüm addımdır. Ona görə də, qanunda da öz əksini məqsədəuyğun olardı.

“Əmək Məcəlləsinin beynəlxalq standartlara uyğunlaşdırılması məsələsi aktualdır. Belə ki, əməyin təhlükəsizliyi üzrə ölkəmiz Beynəlxalq Əmək Təşkilatının 155 və 187-ci Konvensiyalarına qoşulub. “Əməyin təhlükəsizliyi və gigiyenası” üzrə 187-ci Konvensiyanın ratifikasiya edilməsi sahəsində də müvafiq iş aparılır. Sözügedən sahədə beynəlxalq standartların və normaların ölkəmizdə tətbiqinin aktual olmasını nəzərə alaraq mövcud təkmilləşmələr üzrə müzakirələr aparıla bilər” – P. Vəliyeva bildirib. 
Onun sözlərinə görə, bütün iş yerlərində risklərin qiymətləndirilməsi aparılmalıdır. 

“Riskin qiymətləndirilməsi bir çox preventiv tədbirlərin hazırlanmasına imkan verir. Təəssüflər olsun ki, iş yerlərində baş verən qəzalar, bədbəxt hadisələr insanların həyatını itirməsi, xəstələnməsi və ya əlilliyə düçar olması ilə nəticələnir. Hər bir işəgötürən iş fəaliyyətinin işçilərə və digər şəxslərə zərər verməməsi üçün hüquqi məsuliyyət daşıyır. Burada, həm də, mənəvi məsuliyyət var. İşçinin başına gələn qəza barədə ailəsinə məlumat vermək də ağır mənəvi yükdür. Rasional düşünsək, bunun maliyyə tərəfi də var. İş yerlərində insanlara dəymiş zərərin təzminatı, müavinətləri, sığorta xərcləri, həm işəgötürənə, həm də dövlət büdcəsinə maliyyə itkisi gətirir”. 
Sistemin özü-özünü tənzimləməsi üçün bəzi üsullardan istifadə edilə bilər:
“İlk növbədə, müəssisəsində təhlükəsizliyi lazımi səviyyədə yaradan, işçilərin qayğısına qalan iş yerlərinin motivasiyası aparılmalı, nüfuzu artırılmalıdır. Onlar satınalma prosedurlarında, biznes kreditlərin əldə edilməsində və dövlət ödənişlərində üstünlüklər, güzəştlər əldə etməlidir. Məsələn, təklif edirəm ki, yüksək riskli iş yerləri daha çox sığorta haqqı ödəsin, əksinə, risksiz, iş qəzaları olmayan müəssisələr daha az ödəniş etsin. Bu mexanizm müəssisələrdə təhlükəsizlik tədbirlərinin formal deyil, real şəkildə aparılmasını stimullaşdıracaqdır və ya banklar müəssisələrə kredit verən zaman iş yerinin risklərinə uyğun qərar verməlidir”. 
Pərvanə Vəliyeva üzvü olduğu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin işində, beynəlxalq və dövlətlərarası sazişlər üzrə qanun layihələrinin müzakirəsində iştirak edəcəklərini bildirib:
“Bu il ölkəmiz ətraf mühit və dayanıqlılıqla bağlı iki mötəbər BMT tədbirinə ev sahibliyi edəcək. Bu sahədə parlament diplomatiyasının artırılmasına, ölkəmizin dayanıqlı şəhərsalma sahəsində təcrübələrinin tanıdılmasında, mövzunun işıqlandırılmasında, inanıram ki, Komitə üzvlərimiz də fəal iştirak edərək, öz töhfəsini verəcəkdir” – deyə o qeyd edib.


İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, üvü olduğu komitələrdə həm qanunvericiliyə yeni dəyişikliklərin edilməsi, həm də bütövlükdə bu istiqamətdə hüquq bazanın daha da təkmilləşdiriləcəyi gözlənilir:
“Təbii iqtisadi proseslər və iqtisadi islahatların dərinləşməsi hər zaman prioritetdir və cənan Prezident rəhbərliyi ilə dərinləşmiş iqtisadi islahatların aparılmasını müşahidə edirik. Mənim təkliflərim xüsusilə qanunvericilikdə və iqtisadi qanunvericilikdə məcəlləşmə siyasətinin davam etdirilməsi ilə bağlı olacaq. Bu baxımdan həm büdcə məcəlləsinin hazırlanması və büdcə qanunvericiliyinin bir məcəllədə formalaşması, eyni zamanda yeni vergi məcəlləsinin işlənib, hazırlanıb başa çatması ilə bağlı təkliflərimi təqdim edəcəyəm. Çünki bütövlükdə bu istiqamətdə, qanunvericiliyin sistemləşdirilməsi və yunifikasiya olunması nəticədə hüquq bazanın daha da təkmilləşdirilməsinə imkan yarada bilər” – deyə o qeyd edib.

Deputat qeyd edib ki, eyni zamanda sosial istiqamətdə vətəndaşlarımızın əmək hüquqlarının daha yaxından qorunması ilə bağlı təkliflərlə çıxış etmək niyyətindədir:
“Pensiya yaşına az qalmış vətəndaşlarımızın bir sıra ölkələrdə olduğu kimi işdən azad olunmasının qadağan edilməsi, o cümlədən pensiya yaşının müəyyənləşdirilməsində yalnız kəmiyyət nisbətinin deyil, eyni zamanda keyfiyyət göstəricilərin istifadə olunması və bu istiqamətdə islahatların dərinləşməsi ilə əlaqəli təkliflərimizi də təqdim etmək niyyətindəyəm” – o sonda bildirib.

İctimai birliklər və dini qurumlar və Mədəniyyət komitəsinin üzvü Tənzilə Rüstəmxanlı saytımıza açıqlamasında bildirib ki, bu vaxta qədər də bir çox təklifləri olub:
“Bu vaxta qədər parlament fəaliyyətim zamanı bir sıra qanun layihələrinə əlavələr, dəyişikliklərlə bağlı təkliflər irəli sürmüşəm. Yaxud parlamentdə müzakirələr zamanı müxtəlif qanun layihələrinin dəyişdirilməsi  və ya onlara əlavə, yeniliklərin gətirilməsi istiqamətində təkliflərim olub. Parlamentdə fəal şəkildə milli mənafelərə dayanan, dövlət quruculuğumuzun tələbləri ilə uzlaşan təklifləri gündəmə gətirənlərdən biriyəm”. 
O qeyd edib ki, “Təhsil haqqında”, “Elm haqqında” və bir çox qanunlarla bağlı xeyli sayda təklifləri olub.
“Düzünü desəm, müəllifi olduğum qanun layihəsi isə yoxdur, amma istərdim ki, yaz sessiyasında təhsillə bağlı ictimai dinləmələr keçirilsin. Bu dinləmələrdə nazir, ali təhsil və elmi müəssisələrin, dövlət qurumlarının təmsilçiləri və təhsillə bağlı ictimaiyyət nümayəndələri iştirak etsin. Çünki bu sahədə problemlər var və dəfələrlə qaldırdığımız məsələlər həllini tapmayıb. Elm və ali təhsil sisteminin mövcud vəziyyəti, inkişaf istiqamətləri və qarşıda duran prioritet vəzifələr müzakirə olunmalı və konkret tədbirlər görülməlidir. Eyni zamanda mədəniyyət sahəsində də həlli vacib məsələlər var ki, bunun da parlamentdə müzakirə olunaraq müvafiq qanunların qəbul olunması zəruridir” - sonda bildirib.

Regional məsələlər və Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov isə qeyd edib hazırda bir sıra sosial yönümlü qanunvericilik təşəbbüsləri üzərində iş aparılır və bu təşəbbüslərin bir qisminin yaz sessiyası çərçivəsində təqdim edilməsi nəzərdə tutulur. Sözügedən təşəbbüslər əsasən sosial müdafiə, məşğulluq, aztəminatlı ailələrin dəstəklənməsi və sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahələrini əhatə edir.
“Mövcud qanunvericilik bazasında bəzi tənzimləmə mexanizmlərinin praktikada yetərincə çevik olmaması, sosial xidmətlərin tətbiqi zamanı müəyyən çətinliklərin yaranması yeni təşəbbüslərə ehtiyac yaradır. Sosial-iqtisadi proseslər və əhalinin artan tələbatları qanunvericiliyin daim təkmilləşdirilməsini zəruri edir.
İrəli sürüləcək dəyişikliklər real sosial problemlərin daha effektiv həllinə, vətəndaşların sosial təminatının gücləndirilməsinə və dövlətin sosial siyasətinin daha səmərəli icrasına xidmət etməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Yanvar 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see218

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see187

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see145

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see136

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130

Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

14 Yanvar 2026 12:11see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri