Kolleclərdə yaz imtahan sessiyası başlayıb
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Ölkə üzrə orta ixtisas təhsil müəssisələrində yaz imtahan sessiyası başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, sessiyada ümumilikdə 62 270 tələbə iştirak edir, onlardan 42 615 tələbə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyindəki kolleclərdə təhsil alır.
İmtahanlar ixtisaslardan asılı olaraq yazılı, şifahi və test formatında təşkil edilir.
Tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi məqsədilə kolleclərdə “İmtahan Qərargahı” və “Apellyasiya Komissiyası” fəaliyyət göstərir.
Qeyd edək ki, imtahanların mövcud qaydalara uyğun təşkilini, şəffaflığını və tələbələr üçün əlverişli şəraitin yaradılmasını müşahidə etmək məqsədilə Agentliyin məsul şəxsləri kolleclərdə imtahan prosesini mütəmadi izləyirlər.
Nigar
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 İyun 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















