Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

Yazarlar Qulu Məhərrəmlinin müdafiəsinə qalxdı

Yazarlar Qulu Məhərrəmlinin müdafiəsinə qalxdı

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

 

Ölkənin bir qrup gənc yazarı tənqidi fikirlərinə görə, cinayət təqiblərinə məruz qalmış publisist, teletənqidçi, professor Qulu Məhərrəmlinin müdafiəsinə qalxıb. Gununsesi.info-nun məlumatına görə, gənc yazarlar Qulu Məhərrəmlinin timsalında söz adamına qarşı təzyiqlərə son qoymağa çağıran müraciət yayıblar.

Müraciətdə deyilir ki, üç aydan çoxdur ki, cəmiyyətin mənəvi gücünü alan belə təzyiqlərin hədəfində biz böyük ziyalımız, professor Qulu Məhərrəmlini də görməyimizdən çox məyusuq: “Televiziya problemlərinə aid müsahibəsində AzTV sədri A.Alışanovu tənqid etdiyinə görə ona qarşı davamlı qarayaxma və təzyiq kampaniyası aparılır. Təhqir olunduğunu deyən sədr jurnalistə qarşı cinayət işi açmaq və onu 100 min manat cərimələməklə bağlı məhkəməyə müraciət etmişdir. Biz peşəkar bir mütəxəssisi tənqidi mülahizələrinə görə cinayət məsuliyyətinə cəlb etmək cəhdlərini pisləyir, bunu söz və ifadə azadlığına meydan oxumaq kimi qavrayırıq. Qələm sahibinə qarşı hücumları söz azadlığına qəsd kimi qiymətləndiririk. Hələ də ümid edirik ki, gerçəyi söyləyən mütəxəssisə qarşı məhkəmə davası açanlar ölkə prezidentinin 2009-cu ildən CM-də diffamasiya ilə bağlı normaların tətbiqinə moratorium elan etdiyini xatırlayacaqlar. Bir neçə gün əvvəl Bakıda diffamasiya ilə bağlı keçirilmiş beynəlxalq konfransda da bu moratorium xatırlanmış və Avropanın nüfuzlu media ekspertləri A.Alışanovun iddiasına mənfi münasibət bildirmişlər. Belə olduğu halda Yasamal rayon məhkəməsinin bir məmurun əsassız şikayətini icraata götürməsinin məqsəd və mənasını heç cür anlamaq olmur. Biz professor Qulu Məhərrəmlini istedadlı və ləyaqətli qələm sahibi, azad düşüncənin daşıyıcısı və vicdanlı söz sahibi kimi tanıyırıq. Azərbaycan cəmiyyəti də ona həmişə milli platformada dayanan, öz sözü olan nüfuzlu ziyalı, siyasi təhlilçi və alim kimi dəyər verir. Peşəkar və qərəzsiz təhlillərin müəllifi olan Q.Məhərrəmli kimi bir mütəxəssisin dövlət büdcəsindən hər il milyon manatlarla vəsait alan, amma xüsusi səviyyəsi ilə seçilməyən bir telekanalın nöqsanlarını açıb deməsi, o cümlədən kanal rəhbəri barədə öz tənqidi mülahizələrini bildirməsi vətəndaş mövqeyi göstərmək və peşə namusunu qorumaqdır. Bu tənqidləri süngü ilə qarşılamaq, ədavət aparmaq, məhkəmə cənginə çıxmaq, vəzifə imkanları hesabına hikkə nümayiş etdirmək isə yolverilməzdir. Digər tərəfdən, Alışanovun təhqirlə bağlı iddiaları tam əsassızdır. Q.Məhərrəmlinin müsahibəsində tənqidin etik hədləri pozulmamışdır, bir məmuru səciyyələndirən fikirlərdə heç bir nalayiq ifadə və təhqir yoxdur. Buna görə də AzTV sədrinin davranışı tənqidə dözümsüzlüyün, vəzifə imkanlarından sui-istifadənin və haqlı tənqidi boğmaq cəhdinin pis nümunəsi olduğu kimi, Yasamal rayon məhkəməsinin də bir məmurun söz azadlığına təhlükə yaradan haqsız iddiasını icraata götürməsi ədalətsizlikdən başqa bir şey deyildir. Tənqidə görə təqib konstitusiya ilə qadağan olunan davranışdır, söz azadlığını məhdudlaşdıran addımdır. Bu səbəbdən də Q.Məhərrəmli kimi dəyərli bir ziyalıya, söz adamına qarşı aparılan uydurma cinayət təqibləri bizdə ciddi narahatlıq yaradır. Biz bu narahatlığımızı ölkə ictimaiyyətinə, söz azadlığının nə olduğunun bilən bütün insanlara, vicdanlı media mənsublarına çatdırır və professor Q.Məhərrəmliyə qarşı qanunsuz basqıları aradan qaldırmaq, məhkəmə təqiblərinə son qoymaq üçün müvafiq qurumları zəruri tədbirlər görməyə çağırırıq”.

Müraciəti imzalayanlar arasinda Şərif Ağayar, Aqşin Yenisey, Aysel Əlizadə, Qan Turalı, Kəramət Böyükçöl, Əsəd Qaraqaplan və 10-dan çox digər yazarlar var.

Gülnaz Qənbərli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://gununsesi.info
archiveBu xəbər 14 May 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri