Yazda düzgün qidalanmaq üçün dietoloqların TÖVSİYƏLƏRİ
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaz gələndə bir çox insan özünü daha enerjili hiss etməli olduğu halda, əksinə, yorğunluq, apatiya və davamlı yuxulu hiss ilə yaşayır. Bu hal çox vaxt avitaminozla əlaqələndirilir, lakin mütəxəssislər bildirir ki, problem əslində daha fərqlidir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkimlərin sözlərinə görə, orqanizmdə vitaminlərin kritik çatışmazlığı (avitaminoz) nadir hallarda rast gəlinir. Daha çox rast gəlinən hal hipovitaminoz, yəni vitaminlərin qismən çatışmazlığıdır.
Əsas problem isə qış rejimindən yaz rejiminə keçidin çətin getməsidir. Orqanizm hələ uyğunlaşmayıb, biz isə ondan yüksək enerji və aktivlik tələb edirik.
Mütəxəssislər xəbərdarlıq edir ki, vitaminləri nəzarətsiz qəbul etmək təhlükəli ola bilər. Xüsusilə A, D və E kimi yağda həll olunan vitaminlərin artıq dozası böyrəklərə və damarlara zərər verə bilər. Ən düzgün yol qidalanmanı dəyişməkdir.
Yaz üçün düzgün qidalanma necə olmalıdır? 1. Tərəvəzlərə üstünlük verinQışın ağır yeməklərini (yağlı ət, qalın şorbalar) azaltmaq lazımdır. Onların yerinə ispanaq, cəfəri, keşniş kimi tünd yaşıl yarpaqlı tərəvəzlər tutmalıdır. Onlar orqanizmi mikroelementlərlə zənginləşdirir.
2. Yaşıl soğan və cücərtilərYaşıl soğan dəmirin daha yaxşı mənimsənilməsinə kömək edir. Bu təsiri artırmaq üçün cücərdilmiş buğda, qarabaşaq əlavə etmək tövsiyə olunur. Onlar B qrupu vitaminləri ilə zəngindir və əsəb sistemini dəstəkləyir.
Keçən ilin saxlanmış almalarından çox fayda gözləmək olmaz. Bunun əvəzinə qoz-fındıq, paxlalılar, daha çox C və E vitamini, həmçinin keyfiyyətli zülal mənbəyidir.
4. Dəniz məhsullarıKalmar, midiya və yağlı balıqlar:
- yod
- omeqa-3
ilə zəngindir və damar sağlamlığını qoruyur.
5. Turşu kələmMaraqlı faktdır ki, turşu kələmdə C vitamini limondan daha çox ola bilər. Bu, immunitet üçün əla seçimdir.
6. Əti tam kəsməyinXüsusilə yazın əvvəlində toyuq, hinduşka kimi ətlər vacib amin turşuları və B vitaminləri təmin edir.
7. Karbohidratları düzgün seçinKartof və makaronu bir qədər azaltmaq məsləhətdir. Onların yerinə qarabaşaq, kinoa, bulqur daha stabil enerji verir.
Qidalanma rejimi də vacibdirGündə 4-5 kiçik porsiya yemək daha faydalıdır. Bu, qaraciyərin yükünü azaldır, enerjini gün boyu stabil saxlayır
Ədviyyatlar və həyat tərziZəncəfil, zərdəçal və kardamon maddələr mübadiləsini sürətləndirir. Günəşli səhərlər daha tez oyanmaq serotoninin artmasına kömək edir, açıq havada gəzinti və keyfiyyətli yuxu vacibdir.
Yaz yorğunluğu ciddi xəstəlik deyil, orqanizmin mövsümi uyğunlaşma prosesidir. Əsas məsələ bədəni zorlamamaq, düzgün qidalanmaq və həyat tərzini tədricən dəyişməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Aprel 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















