Icma.az
close
up
RU
Yazıçı İsmayıl Qarayevin 75 kitabının təqdimatı olub

Yazıçı İsmayıl Qarayevin 75 kitabının təqdimatı olub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 oktyabr, AZƏRTAC

XI Beynəlxalq Kitab Sərgisi çərçivəsində tanınmış yazıçı İsmayıl Qarayevin 75 kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi Əsəd Cahangir yazıçının həyat və yaradıcılıq yoluna nəzər salıb.

Yazıçı Seyran Səxavət, tənqidçi Vaqif Yusifli, tarixçi-jurnalist İsmayıl Umudlu və digər qonaqlar yazıçının yaradıcılığından söz açıb, onun əsərlərindən parçalar səsləndiriblər.

Natiqlər qeyd ediblər ki, İsmayıl Qarayev 120-dən çox roman, povest, poema və publisistik əsərin, 80-ə yaxın kitabın müəllifi, eyni zamanda, bir çox yazıçıların əsərlərinin redaktoru və tərcüməçisi olub. Onun əsərləri türk, rus və digər xalqların dillərinə tərcümə edilərək nəşr olunub.

Bildirilib ki, yazıçı bədii yaradıcılığa XX əsrin 50-ci illərindən başlayıb. Onun ilk kitabı “O və mənim anam” 1964-cü ildə çapdan çıxıb. Sağlığında “Aydınlıq”, “Tərtərin mahnıları”, “Dəniz və dənizçi zarafatları”, “Ömür”, “Əməyin bəhrəsi”, “Gecə keçir”, “Tülkü və canavar” kimi əsərləri də oxuculara təqdim olunub.

Yazıçının övladı, tanınmış publisist Vəsimə İsmayılqızı atasının həyat və yaradıcılığından bəhs edərək onunla bağlı xatirələrini bölüşüb. O, 2008-ci ildə nəşr olunmuş “Qələmə sarılmış ömür” adlı biblioqrafik göstəricidən danışaraq, yazıçının irsinin yaşadılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, İsmayıl Qarayev 1989-cu il oktyabrın 11-də doğulduğu Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində vəfat edib və orada dəfn olunub. Vəfatından sonra yazıçının “Bir kəndin uşaqları” (2003), “Aşiqlər” (2004), “Ömür” (2005), “Piyada” (2005), “Son dəfə” (2006), “Ata həsrəti” (2006), “Adanın sirri” (2008), “Dağlar qızına məktub” (2008) və digər kitabları müxtəlif nəşriyyatlarda dəfələrlə nəşr olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri