Icma.az
close
up
RU
Yazıçı kitabın müəllifi, oxucu sahibidir...

Yazıçı kitabın müəllifi, oxucu sahibidir...

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Dostlarıma sonsuz təşəkkürlər!

Bahəddin Həzi

Bu gün Litera kitab evində - Kitabın evində dostlarla çox maraqlı görüş oldu. 

Orda da bir azca dediyim kimi, dostum, şair Qulu Ağsəs mənə qəfildən dedi ki, bəlkə dostlarla Literada görüş keçirək. 

Dedim, Bakıda kimi tapa bilərik? Bu istidə, iyulda. 

Həm də şənbə günü, hamı dağda-bağda. 

Dedi, yox e, onsuz da bizim kimi adamların dostu da özündən çox uzağa getmir. Hamı işdə-gücdə Bakıdadır. 

Necə deyərlər: kasıbın dostu gözünün qabağında gərək. Doğrusu, elə Tanrı deyəsən, mənim də dilimdən iltizam alıb: şəhərdən çıxmamaq haqqında. 

Amma dostlarıma da arzu elədim: "Gələn il bu vaxt yox e, lap gələn həftə bu vaxt sizinlə təkrar görüşmək istəsəm, heç birinizi Orta Asiyanın qurtaracağında, yəni Bakıda tapa bilməyim". 

Gedim Cənubi Qafqazın ətəklərində axtarım. 

Coğrafiya taledirsə, talelər bizi birləşdirən fərqdir. Fərqli yollarla gəlib axırda eyni yerdə görüşə bildik bu gün.

Dost məclisi həmişə xoşdur. Yerimiz dar olsa da, ürəyimiz genişdir. 

Dostlarıma da dedim: "Ürəyimizə sığdırdığımız adamların hamısını bir salona sığışdırmaq olmur".

Qulu qardaşım sağ olsun, bu işi qurub qoşub. 

...Günlərimiz hamısı bir-birinə getdikcə daha çox oxşayır, bunu bilirsiniz. 

Mən də istədim, bu günün xatirəsi qalsın. Çünki hansı günün xatirəsi qalmayıbsa, deməli, həmin gün yaşanmamış bitib. Bu gün də gözəl bir gün oldu.  

Mən iki kitab çap etdirmişəm. Bəzi dostlarımızda o kitablar var, vərəqləyənlər olub. Bu gün o kitablardan da danışdıq. 

Əziz dostlar, onlar sizin kitablarınızdır. Çünki kitab- yazılıb bitənə qədər yazıçınındır, oxunub bitəndən sonra oxucunundur. 

Yazıçı kitabın müəllifi, oxucu isə sahibidir. 

Ona görə yazdığımız nə varsa, sahibi siz oxuculardır. İxtiyar sizdədir. 

Bu gün orda dediyim kimi, Allah bizi bir dəfə yaradır - Allah hər birimizi bir qadınla bir kişiyə sifariş edib, onlar da bizi dünyaya gətirib. 

Sonra biz dəfələrlə dünyaya gəlmişik. Özümüzü dəfələrlə yenidən yaratmışıq. Bəzən alınıb, bəzən alınmayıb. Olan şeydir. Şair demişkən: "Heç kim qınamasın, yoldu, nolar". 

Biz ki Allah deyilik; qüsurlarımız, əlbəttə, olacaq. 

Mən də sizin üçün bir Bahəddin Həzi yaratmağa çalışdım. Bilmədim necə alındı. Bacardığım qədər çalışdım ki, təzə Bahəddin yaxşı olsun. Oldumu, olmadımı, qiyməti siz verəcəksiniz. 

"Bahəddin" deyəndə mən özümüzü yox, sözümüzü nəzərdə tuturam. Bu gün Sözün cazibəsinə düşmüşdük. Sözün başına yığışmışdıq. Sözdən danışdıq, fikirdən danışdıq. Söhbətləşdik. 

Elə bilirəm, səsimizə səs verib gələn hər kəs üçün maraqlı oldu. Ümid edirəm və dostlarıma deyirəm: "Düşünən beyniniz, döyünən ürəyiniz, gələn ayaqlarınız var olsun. Bir də nəqliyyat, taksi, naviqator da sağ olsun!" 

Hamınız sağ olun ki, mən də sizə baxıb, salamat qalmağı öyrənim. 

Literaya da arzum: bu, sadəcə, kitab evi yox, kitab kimi ev olsun. Hamı Literanı kitab kimi oxusun: mağazaya gəlirmiş kimi yox, öz evinə gəlirmiş kimi gəlsin. 

Bir daha hər birinizə təşəkkür edirəm! Var olun! Çünki mənim nəyim varsa, ölkəm, ailəm, doğmalarlm və dostlarımdır. Bir də balaca bir kiçik karandaşım var yazı yazmağa...

Adama başqa nə lazımdır ki?!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 İyul 2026 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri