Icma.az
close
up
RU
Yazıçı publisist Şamil Fərzəliyevin doğum günüdür

Yazıçı publisist Şamil Fərzəliyevin doğum günüdür

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli nümayəndəsi, yazıçı, publisist və dramaturq, Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü Şamil Xurşud oğlu Fərzəliyevin (Şamil Xurşud) doğum günüdür.

AZƏRTAC xəbər verir ki, anadan olmasının 91-ci ildönümü tamam olan Şamil Xurşud ömrünün 30 ildən çoxunu milli mətbuatımızın inkişafına həsr edib.

Şamil Fərzəliyev 1934-cü il fevralın 18-də Ucar rayonunda dünyaya göz açıb. Rayonda 1 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Universiteti müvəffəqiyyətlə başa vuraraq “Azərbaycan gəncləri” qəzeti redaksiyasının ədəbi işçisi, sonra isə ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb. 1967-ci ildə Moskvanın İctimai Elmlər Akademiyasını bitirdikdən sonra Azərbaycan KPMK-nın təbliğat və təşviqat şöbəsinin təlimatçısı olub. 1972-ci ildə “Azərbaycan gəncləri” qəzetinin redaktoru vəzifəsinə təyin edilib. 1981-ci ildə “Kirpi” satirik jurnalının baş redaktoru vəzifəsinə irəli çəkilən istedadlı qələm sahibi, ömrünün sonunadək bu vəzifədə çalışıb. Ş.Fərzəliyev 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra 52 yaşında Tbilisidə vəfat edib.

Təcrübəli jurnalist, tanınmış publisist ötən əsrin 60-cı illərindən başlayaraq oçerk, felyeton, publisistik yazıları ilə respublika mətbuatında çıxış edib, hekayələri, povest və pyesləri işıq üzü görüb. Onun “Sizi unutmaram”, “İnsan yaşayır”, “Azarkeş nənə”, “Xəstələr”, “Özüm və özün”, “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi” və “Sakitlik olmayacaq” kitabları indi də oxucular tərəfindən sevilə-sevilə oxunur. Müxtəlif illərdə yazdığı dram əsərləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Lənkəran Dövlət Dram Teatrında və İrəvan Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Yazıçının “Səndən sonra” kitabı ölümündən sonra “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb. Onun yaradıcılığı haqqında Azərbaycanın görkəmli nasir və şairləri, o cümlədən Xalq yazıçısı Əli Vəliyev, Xalq şairi Məmməd Araz, ədəbiyyatşünas-alimlər Qulu Xəlilov, Xalid Əlimirzəyev, şairlər Şahmar Əkbərzadə, Məmməd Aslan, yazıçılar Yusif Kərimov, Nahid Hacızadə, Əmir Mustafayev və onlarla digər tanınmış qələm sahibi dəyərli fikirlər söyləyiblər.

Ş.Fərzəliyev “Qızıl qələm” mükafatı laureatı olub, bir sıra fəxri fərman və medallara layiq görülüb. Ucarda adını daşıyan küçə var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri