Icma.az
close
up
RU
Yazıçı, publisist, tədqiqatçı Şəfəq Nasir

Yazıçı, publisist, tədqiqatçı Şəfəq Nasir

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən 150 ildə xalqımızın tarixində və taleyindəmühüm rol oynamış ictimai-siyasi ədəbi-mədəni, sosial-iqtisadi və bu kimi başqa hadisələrklassik mətbuatımızda yüzlərlə imzamüəllifinin,maarifçi ziyalıların, qəzet-jurnal sahiblərinin çoxçeşidli yazılarında intişar etmiş, milli şüura, elmin, təhsilin, mədəniyyətin tərəqisinə yardım etmiş, ictimai fikir tariximizin formalaşmasına öz təsirini göstərmişdir. Tarix boyu ölkənin və xalqın həyatında dəyişikliyin izlənilməsi, onlara münasibət bildirilməsi və xalqa çatdırılmasında xidməti olan mübariz qələm sahiblərinin adları mətbuat tariximizin yaddaşında yaşayır və hər zaman da xatırlanır. Belə münəvvər insanların sırası genişdir: M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, M.A.Şahtaxtlı, C.Məmmədquluzadə, Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə... və ardınca gələn maarifpərvər ziyalı nəslin nümayəndələri...Bu böyük məktəbin davamçıları uzun illərdir ki, sələflərinin ideya və arzularının gerçəkləşdirilməsi, milli mətbuatımızın qabaqcıl ənənələrinin yaşadılması və zənginləşdirilməsi üçün bütün qüvvə və bacarıqlarını əsirgəmirlər. 

    Ötən əsrin 80-ci illərindən mətbuatda mütəmadi olaraq Şəfəq Nasir imzası ilə qarşılaşır, daha doğrusu, onun bədii, publisistik yazılarını, tədqiqat xarakterli əsərlərini nəzərdən keçirirəm. Mənə bağışladığı bir neçə kitabını da həvəslə oxumuşam.Bəzən dəədəbi yaradıcılıq axtarışlarına özəl münasibəti, yazı üslubu, təhkiyəsi, mövzuya yanaşma prinsipi ətrafında fikir mübadiləsi də aparmışıq. Bu məntiqlə də onun ədəbi fəaliyyətinə, yaradıcılıqdajanr keçidlərinə yetərincə bələd olduğumdan yazıçı, publisistinfəaliyyətibarədə fikrirlərimi bölüşmək niyyətindəyəm. Yeri gəlmişkən onu da qeyd edim ki, bu yaxınlarda Şəfəq Nasirin doğulub boya-başa çatdığı Beyləqan rayonun Mədəniyyət mərkəzində istedadlı həmkarımın yaradıcılıq gecəsində iştirak etdim. Onun yaradıcılıq yolundan xəbərsiz olduğum bəzi məqamlardan da həmin görüşdən məlumatlandım. Öyrəndim ki, Şəfəq xanım mətbuata 15 yaşında “Yüksəliş” qəzetində dərc etdirdiyi “Anam haqqında nəğmə” şeiri ilə gəlib. Orta məktəbi bitirənədək də həmin qəzetdə şeirlər, miniatürlər və məqalələrlə çıxış edib. Təbii ki, onu jurnalistikaya aparan yol da elə “Yüksəliş”dən başlayıb.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində təhsil aldığı illərdədövri mətbuatda müxtəlif sahələrin fəaliyyətini işıqlandıran məqalələri, kitabları haqqında yazdığı resenziyalarıoxucuların diqqətini çəkir. Şəfəqxanım 1979-cu ildə “Ulduz” jurnalında dərc olunmuş ilk nəsr əsəri – “Qonşular”la ədəbi mühitə daxil olur. Ardınca “Gecə yağışı” adlı ilk hekayələr kitabı nəşr olunur. Həyat müşahidələri,özünəxas yazı tərzi, üslubu ilə qələmə aldığı “Beyləqanın güllü yazı” (uşaqlar və yeniyetmələr üçün hekayələr, nağıllar, povest) və “Bir ömrün üç bucağı”na daxil etdiyi povestləriyazıçının Azərbaycan ədəbiyyatındayerini və mövqeyini müəyyən edən uğurlu nəsr əsərləri sırasında yer alır. Məqamı gəlmişkən,“Bir ömrün üç bucağı”ndakı povestlərdən birini, “Ruhlar ocağa dönər”i bu günlərdə maraqla oxudum. Birinci Qarabağ savaşında arxa cəbhədə təlaş, həyəcan dolu günlər yaşayan bir ailənin timsalında xalqın yurd itkisi ilə göynədiyi məqamları,gerçək hadisələrin fonunda baş verən əhvalatları, xarakterik obrazlarınpsixoloji əhval-ruhiyyəsini reallığın fonunda bunca xarakterik təsvirinimüəllifin uğurlu nəsr əsərlərindən hesab edirik...

Şəfəq Nasir ixtisasca jurnalist olduğundan bu sahədə çoxlu sayda publisistik əsərlər yazıb. Publisistikanın cazibəsi uzun müddət onu yaradıcılığın bu qolunda yazıb-yaratmağa ruhlandırıb.Bu janrda o, yazdığı yüzlərlə məqaləsində hansı mövzulara müraciət etməyib...Atılmış uşaqların taleyi, yeniyetmə və gənclərin tərbiyəsindərol oynayan, vətənpərvərlik duyğuları oyadan onlarla əsərlərdən bəhs edənictimai məzmunlu yazılar,köçkünlük, didərginlik, yurd itkisi,meydan hadisələrinin doğurduğu ağrılar, 1990-cı ilin 20 Yanvar faciəsi, milli oyanışın, müstəqillik dövrününmübarizələr tarixi, 1970-2000-ci illərin ədəbi-mətbu mühitində olangörkəmli şəxsiyyətlərin portretləri,Vətən dərdləri, qəhrəmanlıq tariximizin Vətən müharibəsi dövrü, qanı, canı ilə ölkəmizin ərazi bütövlüyünü qoruyan, igig əsgər və zabitlərimiz, qazi və şəhidlərimiz... Zamanımız üçün aktual olan belə mövzulara ciddi və əhatəli yanaşma, məqalələrin maraqla, həyəcanla oxunmasınızəruri edib.

Şəfəq Nasir publisistikasının dili özünün bədiiliyi və tədqiqat yönümlü olması ilə xarakterik vəcəlbedicidir. Bu da onu göstərir ki, Şəfəq xanım heç vaxt jurnalistikanın sadə və hamar yolu ilə getməyib.Yazılarında keçmişimiz, dünənimizlə bağlı bilgilərəmalik olmaq, mövzularını mükəmməl işləmək üçün klassik mətbuatımıza, tarixi mənbələrə müraciət edib, dərin araşdırmalar aparıb. Tədqiqatçı jurnalistin qələmə aldığıpublisistikməqalələri “Ciddi söhbət”, “Könüllərə şəfəq payı”, “İdrak işığında” kitablarında toplanıb. Şəfəq Nasirin yaradıcılığında bir məqamı xüsusi olaraq qeyd etməliyəm. Yazıçı-publisist ərsəyə gətirdiyi mövzularını növündən və janrından asılı olmayaraq, dərindən araşdırdıqdan sonra bütöv və bitkin şəkildə təqdim edir.

Şəfəq Nasir 50 ildən çoxdur ki, milli mətbuatımızda qələm çalır. Onun fəaliyyəti, ədəbi yaradıcılığı üç istiqamətdə inkişaf edib və bu qolların hər birindəyazıçı, publisist, tədqiqatçı alim kimi davamlı yaradıcılıq axtarışları iləmilli mətbuatımızın inkişafına vicdanla xidmət edir. Ötən əsrin doxsanıncı illərindən daim klassik mətbuatımızın tədqiqi ilə məşğuldur və bu gün də tədqiqatlarını davam etdirir. Yaxın vaxtlarda “Yoldaş” qəzetinin iki nömrəsi (1907) və “Yoldaş” jurnalının (1920) 3-cü sayının transliterasiyasını həyata keçirməsi, araşdırması, bu mətbu orqanlar  haqqında mükəmməl bir məqalə ilə mətbuatda çıxış etməsi, zənnimcə “Şəfəq Nasir” imzasının milli mətbuatımızdakı rolunu bir daha nəzərə çatdıran amillərdəndir.

Şəfəq Nasirin klassik mətbuatımızın araşdırılması istiqamətindəki fəaliyyəti də maraq doğurur və təqdirəlayiqdir. XX əsrin əvvəllərində İrəvanın ictimai-ədəbi mühiti və bu mühitin yaradıcı ziyalılarından olan şair, publisist, dramaturq, felyetonçu, “Molla Nəsrəddin” ədəbi məktəbinin yetirməsi Məmmədəli Nasir Hacı Məhəmmədzadə İrəvaninin həyatı, fəaliyyəti və yaradıcılıq yolunuilk dəfə Şəfəq xanım klassik mətbuat səhifələrindənaraşdırıb, tədqiq edib və bu mövzuda elmi işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adını alıb. Haqqında dövri mətbuatda  xeyli məqalələr dərc etdirib, “Məmmədəli Nasir” monoqrafiyasını meydana gətirib.

Ümumiyyətlə, Şəfəq Nasirin İrəvanla, onun görkəmli şəxsiyyətləri ilə bağlı araşdırmaları ötən əsrin 90-cı illərindən başalayıb və bu mövzuda xeyli yazıları(“Bir məqalənin izi ilə”, “Yusif Heydərzadə kimdir?”, “Börklərinizi qaldırın, cənab fakt gəlir”, “İrəvanda Hüseynəli xan məscidi”, “Cabbar Əsgərzadə-Bağçaban və onun mənzum hekayələri”...) dövri mətbuatda işıq üzü görüb. Bu sahədə araşdırmalarında yer alan ən mükəmməl və bu gün də aktuallıq kəsb edən,Azərbaycan mətbuatının bir qolu olan İrəvanda ilk anadilli mətbuatımızın tədqiqidir. “Leylək” və “Bürhani-həqiqət” jurnallarının mükəmməl şəkildə transliterasiyası və hər ikisinin də geniş,əhatəli ön sözlə nəşri Şəfəq Nasirin adı ilə bağlıdır. Müəllif jurnalları hələ kitab şəklində nəşr etdirməzdən xeyli qabaq, 2000-ci ilin əvvəllərindən adı çəkilən nəşrlər və onun səhifələrində gedən materialların üzərində apardığı tədqiqat işlərini dövri mətbuatda işıqlandırmışdır. Bundan əlavə, İrəvanın görkəmli ziyalılarından sayılan Cabbar Əsgərzadə-Bağçaban, Mirməhəmməd Fətullayev, Əli Məhzun, Yusif Heydərzadə haqqında tarixi oçerk, məqalələr, əsərlərinin təhlili və transliterasiyası da Şəfəq Nasirin illər öncə apardığı araşdırmaları sayəsində ərsəyə gəlmişdir.Tədqiqatçı bu sahədə araşdırmalarını davam etdirir...

Ş. Nasir ötən ilin sonundaMətbuat Şurasında iki mükəmməl kitabını ictimaiyyətə təqdim etdi. Bunlardan biri, üzərində illərlə işlədiyi, klassik mətbuat səhifələrində araşdırıb topladığı və əhatəli ön sözlə nəşr etdirdiyiİrəvanın müqtədir ziyalısı, bir çox qəzetlərin yaradıcısı və baş redaktoru,babası Məmmədəli Nasirin “Seçilmiş əsərləri”dir. Kitabda 13 yaşından mətbuata gəlmişMəmmədəli Nasirin şeirləri,satirik-tənqidi, publisistikməqalələri, felyetonları, dram əsərləri, xatirə yazıları yer alıb. Məmmədəli Nasirin çoxşaxəli yaradıcılığı onu deməyə haqq verir ki, mətbuat xadimininmilli mətbuatımızın inkişafına yorulmadan xidmət etməsi jurnalistika sahəsində ilk addımlarını atan gənclərə örnəkdir. Əminliklə deyərdim ki, bu gün Şəfəq Nasir milli mətbuatımızın yeni ənənələrlə inkişaf etdirilməsində  H.B.Zərdabidən başlamış, müqtədir maarifçi ziyalıların, eləcə də babası Məmmədəli Nasirin ləyaqətli davamçılarındandır.

Şəfəq Nasirin, “Azərbaycan tarixinin şanlı səhifəsi”, “Qərbi Azərbaycan amalı”, “Qarabağ səhifəsi”, “Ədəbi tənqid”, “Xatirə-esse”, “Müsahibə”... bölmələrində yer almış ikinci kitabı “İdrak işığında”isə 44 günlük müharibədə Azərbaycan əsgərinin Vətən savaşı, Zəfərimiz, Azərbaycanın cahanşümul sərkərdəsi, Prezident İlham Əliyevin vətənin və xalqın taleyindəki misilsiz xidmətləri,Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycançılıq məfkurəsinin işığında çalışmaları, milli birliyimizin yeni təcəssümündə Qərbi Azərbaycan amalımız, İrəvanda anadilli mətbuat orqanlarına, mədəni abidəmizdən olan Göy məscidə bugünkü prizmadan yanaşma, Şanlı Qarabağımızın müqtədir sənətkarları, ədəbi mühitin  görkəmli ziyalılarının əsərləri, milli-mənəvi dəyərlərimiz haqqında tədqiqat xarakterli, ictimai məzmunlu əsərləri yer alıb. Əlbəttə, bu qədər ictimai, mədəni, mənəvi mündəricəli yazıları ərsəyə gətirmək, mütəmadi olaraq mətbuatdaişıqlandırmaq Şəfəq xanımın fədakarlığınnın bəhrəsidir.Bu istiqamətdə uzun illər çalışması milli mətbuatımızın inkişafına xidmətinin aşkar göstəricisidir.

Bu yerdə Şəfəq Nasirin bir tədqiqatçı kimi mühüm məziyyətlərini beləxarakterizə edərdim:Müəllif tarixi, elmi mətnləri təhlilə cəlb etməklə onların təqib etdiyi missiyanı, ideyanı, maarifləndirici xüsusiyyətləri nəzərə çatdırır, ictimai təsiri açıqlayır. Çoxistiqamətli mövzularda qələmə aldığı elmi, tarixi aspektdə,ictimai,mənəvi-əxlaqi dəyərlər ruhunda ərsəyə gətirdiyi yazılarınınsəciyyəsi onun yazı səriştəsinin, peşəkarlığının səviyyəsini göstərir.

Beləliklə, Şəfəq Nasirin  üç istiqamətdə fəaliyyətinin, əsasən də tədqiqatçı publisist zəhmətinin məhsulu olan xeyli sayda əsərlərinin milli mətbuatımızın inkişafına təsiri danılmazdır, həm də diqqətəlayiqdir...

   Görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru Rüstəm Kamal Şəfəq Nasir haqqında yazdığı “Yaddaşın üç bucağı” adlı məqaləsində yazıçı, publisist və tədqiqatçı ŞəfəqNasirinçoxşaxəli və zəngin yaradıcılığını yüksək dəyərləndirmiş və yazısını da aşagıdakı cümlələrlə bitirmişdir: “Əvvəllər elə bilirdim ki, "Nasir" təxəllüsünü Şəfəq xanım nəsr yazdığı üçün götürüb.Sən demə, babası Məmmədəli Nasirin təxəllüsüdür, nəvə isə bu adı özünə ləyaqətlə yaraşdırıb.

Amma mən yenə də  birinci  varianta  inanıram...”

Əlavə  edəcəyim  bir  cümlə  var: Həmkarımın  tərcümeyi-halı  ilə  tələbəlikdən   tanış  olduğumdan  hər  iki  varianta  inanıram.

Abid Tahirli ,filologiya elmləri doktoru

10.06.2025.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:388
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri