Icma.az
close
up
RU
Yazının mənşəyinə dair yeni kəşf FOTO

Yazının mənşəyinə dair yeni kəşf FOTO

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Alimlər sivilizasiyanın doğulduğu Mesopotamiya torpaqlarında yazının mənşəyinə dair yeni kəşfə imza atıblar.

Publika.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, yazının ilk nümunələri qədim Mesopotamiya, Misir, Çin və Maya mədəniyyətinə aid hesab olunur. Lakin İtaliyanın Bolonya Universitetindən olan tədqiqatçılar Uruk şəhərində tapılan 6000 illik qədim silindr möhürlərin üzərindəki təsvirlərlə proto-mix yazı arasında maraqlı bir əlaqə aşkarlayıblar. Bu araşdırma yazının yaranma tarixini yenidən dəyərləndirməyə imkan verir.

Alimlər müəyyənləşdiriblər ki, eramızdan əvvəl 4-cü minillikdə Urukda istifadə edilən gil möhürlər proto-mix yazısının ilkin formalarını özündə əks etdirə bilər. Bu möhürlər daha çox kənd təsərrüfatı və ticari məhsulların uçotunu aparmaq üçün hazırlanıb. Professor Silvia Ferrara bildirib ki, bu iş yazının yaradılmasına təkan verən mexanizmin möhür sisteminə əsaslandığını ilk dəfə olaraq təsdiqləyir. Onun rəhbərlik etdiyi araşdırmada, Uruk şəhərində aşkarlanan silindr möhürlərdəki simvolların sonrakı proto-mix yazı sisteminə bənzədiyini göstərib.

S.Ferrara bu mühüm kəşfi belə izah edir: “Biz Urukda yaranmış mixi yazının mənşəyi haqqında mövcud nəzəriyyələri yenidən araşdırmaq istəyirdik, gördük ki, mövcud nəzəriyyələrdən fərqli olaraq, yazı öncəsi mövcud olan silindr möhürləri yazının icadına təsir göstərən alətlər olub. Silindr möhürlər ilk dəfə olaraq yazının yalnız iqtisadi deyil, eyni zamanda, sosial və mədəni yönlərini də əks etdirib. Onların istifadə olunma üsulu, yazının semantik mahiyyətinin və məlumat ötürmə qabiliyyətinin inkişafında mühüm rol oynayıb”.

Araşdırmada S.Ferrara ilə yanaşı, Kathrin Kelley və Mattia Cartolano da iştirak ediblər. K.Kelley bu kəşfi belə izah edir: “Biz, yazının nə üçün və necə yarandığını anlamaq istəyirdik və qədim möhürləmə texnologiyasının yazıya gedən yolda təhlükəli bir rol oynadığını gördük”.

Qeyd edək ki, bu mühüm tapıntılar qədim mədəniyyətlər arasında yazının mənşəyi haqqında nəzəriyyələrə yeniliklər əlavə edir və insanların yazıya keçid tarixini daha dərin şəkildə dərk etmələrinə yardımçı olur. Hələ də Hindistan, Pakistan və Pasxa adası kimi digər qədim mədəniyyətlərin yazı sistemləri tam araşdırılmayıb və bu mövzuda əlavə tədqiqatlara ehtiyac var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://publika.az
archiveBu xəbər 08 Noyabr 2024 05:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see166

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see147

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see132

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see131

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri