Icma.az
close
up
RU
Bu yazının qəhrəmanı sabah öləcək...

Bu yazının qəhrəmanı sabah öləcək...

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən bir ailə dənizə qurban gedib, ancaq bu gün mən bu barədə yazmayacağam. Bu yazını sabah xəbər portallarında öz daimi yerini alacaq növbəti xəbər haqqında – “Bir nəfər daha dənizdə boğuldu” başlığı ilə qarşımıza çıxacaq, adını hələ bilmədiyimiz, üzünü görmədiyimiz o naməlum insan haqqında yazıram.

Onun harada yaşadığını, neçə yaşında olduğunu, evdə onu kimin gözlədiyini bilmirik. Bildiyimiz, əmin olduğumuz tək şey o xəbəri mütləq oxuyacağımızdır. Sabah dənizdə boğulacaq insan bəlkə indi haradasa dostları ilə çay içir, ya da sabahkı çimərlik planı üçün çantasını hazırlayır. Bilmir ki, dəniz onun üçün artıq geri sayıma başlayıb. Dəniz heç kimi qəfil öldürmür. O, əvvəlcə ayaqlarınızın altından qumu çəkir, sonsuz bir sakitlik illüziyası yaradır və bizi yavaş-yavaş, hiss etdirmədən sahildən uzaqlaşdırır. O zaman ayılırıq ki, sahil gözümüzün qabağındadır, sahildəki insanlar, rənglər, həyat hələ də əl çatacaq qədər yaxındır. Ancaq qollarımız bizi ora aparacaq qədər doğma deyil artıq. Biz bütün instinktimizlə sahilə, doğmalarımıza doğru qaçmağa çalışsaq da, dəniz səssiz və amansız bir sükutla bizi geriyə — qaranlığa doğru çəkir. Bir müddət sonra qollar yorulur, nəfəs qısalır, çarəsizlik panikanı əvəz edir.

Bizim coğrafiyanın qəribə, qaranlıq bir taleyi var. Fəsilləri havanın temperaturundan yox, evlərə girən bədbəxtliyin növündən tanıyırıq. Diqqət edin: qışda dəm qazından boğulma xəbərlərinin qorxunc estafetini, yay gələn kimi dənizdə, sularda boğulma xəbərləri təhvil alır. Fəsil dəyişir, temperatur dəyişir, bəhanələr dəyişir, amma insanın boğularaq ölməsi — o son nəfəsdəki çarəsiz çırpıntısı dəyişmir. Hər yay sosial şəbəkə müstəntiqləri eyni sualları tirajlayır: “Niyə qadağan olunmuş yerdə çimirdi?”, “Niyə özünü təhlükəyə atdı?”. Bu sualların hamısı qurbanı ittiham edib vicdanı rahatlatmaq laylasıdır. Çünki məsələ yalnız fərdin cəsarəti olsaydı, ölüm hər il eyni nöqtələrdə eyni ssenari ilə gəlməzdi. Deməli, Xəzər bizi sadəcə “udmur”, biz onun coğrafi savadsızlığımız üçün kəsdiyi cərimələri canımızla ödəyirik.

Məsələyə emosiyadan yox, suyun xəyanətkar fizikasından baxanda qarşımıza “rip axını” dediyimiz gizli qatil çıxır. Rip axını — sahilə gələn suyun geri qayıtmaq üçün tapdığı dar, görünməz “qanlı” dəhlizdir. Ən böyük tələsi də elə bədiiliyindədir: dalğaların ən çox köpükləndiyi, səs saldığı yer təhlükəsiz, ən sakit, dümdüz göründüyü o bir neçə metrlik koridor isə ölümün mərkəzidir. İnsan instinkti onu dalğalı xaosdan qaçırıb sakit suyun qucağına itələyir və tələ məhz orada bağlanır.

İnsanı dənizdən çox, öz doğma instinkti öldürür. Çünki can hayında olan hər kəs sahilə tərəf, dənizin geriçəkən divarına qarşı düzünə üzür. Qollar saniyələr içində yorulur, ciyərlər sönür. Halbuki xilasın yolu sahilə tərəf yox, sahilə paralel, dənizin soluna və ya sağına bir neçə metr qaçmaqdır.

Dəniz kənarında doğulan, böyüyən, ömrünü bu sahillərə verən bir nəslə bu bəsit, saniyəlik instinkt öyrədilməyib. Biz uşaqlarımızı imtahanlara hazırlayırıq, amma həyata hazırlamağı unuduruq. Sonra da məsuliyyəti qumun içinə batırılmış paslı bir dəmir lövhə ilə ört-basdır edirik: “Çimmək qadağandır”. Bu iki kəlməlik yazı insanı qorumaq üçün yox, faciədən sonra aidiyyəti qurumların geyindiyi hüquqi zirehdir: “Biz demişdik, özü batdı”. Yaxşı, bəs sabah adını eşidəcəyimiz o naməlum insan niyə o qadağan olunmuş, xilasedicisiz, vəhşi qayalıqlara qaçacaq? Cavab sadədir: biz ona təhlükəsiz alternativlər təklif edə bilmirik, sahilləri idarə etmək əvəzinə sadəcə qadağan edirik. Amma dənizi qadağan etmək, insan instinktini həbs etmək qeyri-mümkündür. Çözüm paslı lövhələri çoxaltmaqda yox, dəniz kənarında böyüyən bu nəslə uşaqlıqdan suda sağ qalmağı öyrətməkdə, sahilləri dronlarla, rəngli bayraq sistemləri və peşəkar xilasedicilərlə təhlükəsiz etməkdədir.

Müasir dünya bu dalğaları qadağalarla yox, elmlə və ağıllı idarəetmə ilə ram edir. Xəzər qəddar deyil, o, sadəcə milyon illərdir öz fiziki qanunları ilə dalğalanır. Qəddar olan — o qanunları insanına vaxtında öyrətməyən və hər yay eyni yasların təkrarlanmasına buz kimi alışan laqeydliyimizdir. Sabah xəbər portallarında adını oxuyacağımız o naməlum insanı xilas etmək bu gün atacağımız sistemli addımların əlindədir.

Nərmin Dadaşova

Xüsusi olaraq “Qafqazinfo” üçün...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 İyul 2026 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see357

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see346

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see337

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see324

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see317

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see309

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see299

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see291

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see287

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see257

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see241

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see237

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see228

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see225

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see220

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see205

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see196

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see194

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see189

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri