Icma.az
close
up
RU
Yazmaq kimə və nəyə lazımdır?

Yazmaq kimə və nəyə lazımdır?

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Cavanşir Yusiflinin "İndi nədən, kimdən deyək?" essesini təqdim edir.
Trafaret və şablon mövzulardan qaçmaq üçün, ya susmalı, ya da yeni ideyalarla gəlməlisən. Yaza bilməyəndə cümlənin, yəni düşündüyün fikrin feili "itir", ya da qırılır, sən onu bərpa etməkdəykən hər şey, ən mühüm ideyalar yanından ötüşüb keçir. Və bunlar o qədər də çox deyil.

Konkret isimlərdən, kitab və yazılardan bəhs etmək artıq "gecdir", hər şey o qədər geridən addımlayır ki, sən irəlinin "landşaftı"nı, ya seyr etməli, ya da onlar yetişənə qədər bu boşluğu təsvir etməlisən. Mirzə Cəlil demişkən, qələmin müqəddəs vəzifəsi elə bu boşluğu təsvir etməkdir...

Vaxtilə bir yazı vardı: İndi nədən, kimdən yazaq?..

İndi yenə də o məqamdır. Daha doğrusu, kimdənsə, nədənsə yazmağın yeri yoxdu, çünki hər yer dopdoluykən boşdur, boşluqdur, bu "çəkisizlik şəraitində" əşyaların, ad və kitabların, bir sözlə, əsas qəhrəman və hadisələrin rəsmini çəkmək üçün dünyadakı bütün qələmlərin içi boşalıb. Karandaşlar qırılıb, ağ kağız fabrikdən qapqara çıxır...

İndi nədən, kimdən deyək?..

Ədəbiyyat, mədəniyyət, incəsənət diskursu, paradiqması. Necə istəsəniz, adlandırın, dəyişib. Bu dəyişkənliyin içində hər şey var, hava yoxdur, insan var, nəfəs yoxdu, kitab var, vərəqləri oxunmur, hərflər gözə girir, amma oxunmur.

Rus dilindən, rus dili vasitəsi ilə tərcümələr aşıb-daşır, müstəqilliyin əsas ideyası - orijinaldan tərcümə ideyası boşa çıxıb. Bu qədər lazımsız, müstəqilliyin ideyasına uyğun gəlməyən material varkən, hələ bir bədii tərcümənin xüsusiyyətlərindən yazmaq kimə və nəyə lazımdır?

Kitab müzakirələri, kitab sərgiləri keçirilir, müəlliflər məkanı qarış-qarış gəzib dolaşır, oxucu yox, olsa da, təkəmseyrək. Oxu, mütaliə barədə qədim miflərdən daha qədim əfsanələr gəzib dolaşır.

Smartfonlar kitabı yeyib, olsun ki bu, qaçılmazdır, ordan, ekrandan çay kimi, dəniz misalı axan şeylər hər şeyi bir anda əvəz edir. Sonra unudursan, zatən, bu nəsnələr elə unudulmaq üçündür. Ancaq smartfon təkcə kitabı və sair şeyləri deyil, beyinləri yeyir. Bu beyinlə smartfondan elə smartfona qədər gedə bilərsən.

Hər şey belə ağrılı və təəssüf oyadandır...

Elə bir ortam yaranıb ki, keçmişin xəyalları, yəni ən möhtəşəm sənət adamlarının da xəyalları bu ərazidə cücərmir, sadəcə, solub gedir.

Hər şey bir ucdan "təkmilləşdikcə" yuxarıda işarələdiyimiz boşluqların həcmi və tutduqları sahə böyüyür. Süni intellekt, tərcümə proqramları, başqa virtual alətlər..

Deyirlər, nə qədər inkişaf edir-etsin, süni intellekt insan kimi şeir yaza bilməz. Heç məqsəd də o deyil. Məqsəd, bəlkə də, təbii insanı kənarlaşdırmaqdır. Yaxud bu bir seçimdir. İstəsən, göz at, yararlan. Amma belə seçimlər kütləvi xarakter daşıyanda həmin "əvəzetmə" avtomatik yerinə oturur. Keçmişin mətnlərindən bu günə qədər vərəqləsək, bəlkə də oralarda "süni intellekt" və sair şeylər haqqında işarələrə rast gələrik. Necə ki məsələn, bədii ədəbiyyatda montaj haqqında hələ XVIII əsr yazıçılarının əsərlərində rast gəlinir. Baxın: "XVIII əsr fransız mütəfəkkiri Deni Didro teatr səhnəsində müxtəlif epizodların sinxron şəkildə yanaşı qoyulması ilə gözlənilməz bədii effektə nail olmağı arzulayırdı...

Montaj texnikasının elementlərindən səhnədə səmərəli istifadənin ilk nümunələrinə alman dramaturqu və rejissoru Bertold Brextin və fransız absurd teatrının nümayəndələrinin xidmətlərini xüsusi ilə qeyd etmək lazımdır..." (Q.Quliyev)

Yaxud... nə qədər istəsəniz nümunə gətirmək mümkündür. Bütün bu misallar təbii və ardıcıl, addım-addım inkişaf perspektivlərinin nəticəsidir. Bədii mətnlərdə xəbər verilən nəsnələr, şübhəsiz ki, müəyyən hədəf bəlləmək anlamına gəlir, sənətin özünün kəsər və vizuallıq qazanmasına xidmət edir.

Köhnə yazıçılar içində "Don Kixot"u oxumayan yazıçı tapmaq olmaz, bəlkə də. Oxuyub yazmaq əxlaqı başqa bir kateqoriyaya aiddir. Amma bəlkə indilərdə qalaq-qalaq əsər yazan insanlar içində "Don Kixot"u oxuyanlar çox azdır. Yaxud Çexovu... Həm də ölüm-dirim savaşı kimi. "Mən kiməm?" sualına cavab olaraq.

Bütün sərhədlər açılandan sonra qələm əhlinin məhəlli sferada qalması dəhşətdir. Sosial şəbəkələrin rənglərinə baxın: insan, qələm əhli bütün "əsas əsərləri"ni yazıb bitirdikdən sonra fəlsəfəyə varır, yaşadığımız cəmiyyətin üzünü astarına və tərsinə çevirir, görürsən ki, astar üz, üz elə astardır...

İşıqları keçirib yazanlar Şeirdə dil və forma – Cavanşir Yusifli yazır... Mirzə Cəlil məqamı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri