Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Mədəni qadını da özündən çıxartdılar: Ora söyüş yazmaq lazımdır...

Mədəni qadını da özündən çıxartdılar: Ora söyüş yazmaq lazımdır...

Icma.az bildirir, Olke.az portalına istinadən.

Qonşularımız hər gecə zibillərini qapının ağzına qoyurdu, səhər tezdən, hələ çoxları oyanmamış zibil maşını gəlib yalnız həmin hissədə yaşayan sakinlərin zibillərini yığıb aparardı. Yəni “biri var idi, biri yox idi” kimi... Qonşular hər ay ödənişini də edərdi. Daha sonra həmin mübarək maşın ənənəvi günlərdə gəlməməyə, daha sonra isə başqa gün gəlməyə başladı. Sanki qonşularla oyun oynayırdılar, “günü düz tapana bir ay boyunca zibillərin atılması pulsuzdur”. O sevimli sakin görəsən kim olacaq?!

Gülməli deyil, heç zarafat kimi zarafat da deyil, kədərlidir. Çünki adını oyun və ya kampaniya qoyduğum vəziyyət məhəlləmizi, qapılarımızın ağzını zibilliyə çevirib. Bir dəfə məsələni ictimailəşdirdim, çox keçmədi ki, polisin müşayiəti ilə əraziyə zibil maşını cəlb olundu, küçə təmizləndi.

İndi cəmiyyətdən, xalqdan, nə bilim hansısa qurumlardan yeri gələndə ağızdolusu yekə-yekə danışıb şikayətlərini bar-bar bağıran, mədəniyyətdən dəm vuran, ona-buna ağıl öyrədən kimlərinsə əlinə girəvə düşüb. Onsuz da zibilxana olub da, onsuz da 1 həftəyə gəlib aparacaqlar da, onsuz da təmizləyirlər də, əşi kiminsə qapısı deyil ki, hər qapıdan bir neçə metr aralıdır. Hə də, ona görə də hər yeri zibilləmək lazımdır. Adamın ağlına gəlir ki, həmin insanlar evlərində də belə davranırlar. Yuxudan duran kimi çarpayısından başını sağa, ya sola çıxarıb evin döşəməsinə də tüpürə bilərlər. Əşi nə var e, onsuz da təmizlənəcək də. Tualetdə “nailiyyət əldə etdikdən” sonra sifonu da çəkməzlər, nolar e, qoy tam dolsun, sonra kimsə gəlib suyu buraxar da. Zatən bir çox yerlərdə görürük ki, “ayaqyolunu təmiz saxlayın” kimi elanlar vurulur. Mən şəxsən o elanı görəndə çox utanıram, bunu deməyə ehtiyac yoxdur axı. Kiməsə etməli olduğu nəyisə demək o anlama gəlir ki, “sənin beynin normal işləmir, ay qanmaz”.

Səhər tezdən görürəm ki, artıq məhəlləmizdə yaşayan mədəni bir qadın da deyir ki, bura söyüş yazmaq lazımdır. A kişi, a vətəndaş siz vəziyyətə baxın, ağıllı-başlı adam çıxış yolunu söyüşdə görür. Bilir ki, belə tərbiyə sahibləri ilə öz dillərində danışmaq lazımdır. Neyləsin ondan əvvəl rəsmi müraciət də etmişdi, ağ günə çıxdığını düşünmüşdü, bir də baxdı ki, heç sevincindən çox keçməyib, yenə biədəb kimlərsə küçəni  əməlli-başlı zibilliyə çevirib.

Əlbəttə, bunun həll yolunu ya qarğışda, ya da söyüşdə görəcəklər, axı küçəni zibilləyən insanla necə normal ünsiyyətə girmək olar?! Heç birinin tərəfdarı deyiləm, amma necə həll etməliyik? Polisə müraciət etməyə qarğış və söyüşdən də pis baxılır bir çoxları tərəfindən. Dalaşaqmı, pusqu quraqmı, keşik çəkəkmi?!

Bir dəfə verilişdə də demişdim: “Kimi dindirsən, bir-birindən şikayətçidir, heç kim öz üzərində çalışmaq istəmir. “Palaza bürün ellə sürün” ən ümdə şüardır”. Biri səhv edib bir yeri batırırsa, sanki onu düzəltmək əvəzinə, daha da betər etmək üçün sıraya düzülürlər. Sonra “bizim cəmiyyət niyə düzəlmədi?” deyib üzünə, gözünə döyürlər.

Həmişə dediyim kimi, arzuladığımız yox, layiq olduğumuz həyatı yaşayırıq. Yalnız özünü düşünüb ətrafa zərər vuran insan Allahdan, kainatdan, Yaradandan, yaradılandan nə ədalət gözləsin, nə də rifah, nə gözəllik...

Samir Mirzə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Noyabr 2024 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri