Yeddi ölkəyə müxtəlif pasportlarla vizasız gediş gəliş hüququ əldə edirik
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Sözün əsl mənasında bu gün hər bir azərbaycanlı fəxr edir ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu, rolu get-gedə artır, hər gün bir qədər daha nüfuzlu ölkəyə çevrilirik. Elə bugünkü gündəmizdə müzakirə olunan yeddi məsələ də, hansı ki, müxtəlif dərəcədə vətəndaş pasportu, diplomatik pasport, xidməti pasportla biz həmin ölkələri vizasız ziyarət edə biləcəyik. Bu, əlbəttə ki, beynəlxalq münasibətlərdə milli pasportların qiymətləndirilməsi kriteriyası kontekstində də çox mühümdür".
Redaktor.az xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu parlamentin bugünkü iclasında bildirdi.
"Bu gün birdən-birə biz yeddi ölkəyə bu və ya digər səviyyədə müxtəlif pasportlarla vizasız gediş-gəliş hüququ əldə edirik. Bu əlbəttə ki, mühüm bir hadisədir, Azərbaycann beynəlxalq nüfuzunun göstəricisidir. Mənə elə gəlir ki, Azərbaycanın hava nəqliyyatı önündə də yeni perspektivlər yaradan bir hadisədir. Əgər əlaqələr dərinləşəcəksə, tələbə mübadiləsi, turizm mübadiləsi, sərnişin mübadiləsi olacaqsa, bu gün qəbul edəcəyimiz sənədlər həm də iqtisadi faktora çevriləcəkdir ki, bu da əlbəttə ki, milli maraqlarımız baxımından olduqca əhəmiyyətlidir", - deyə o vurğuladı.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:53
Bu xəbər 25 Noyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















