Icma.az
close
up
RU
Yəhudi bayramını gülləbaran edən şəxsdən silahı alan müsəlman kimdir?

Yəhudi bayramını gülləbaran edən şəxsdən silahı alan müsəlman kimdir?

Icma.az bildirir, Azpost portalına istinadən.

Bazar günü Sidneydəki Bondi çimərliyində baş verən atışmada on beş nəfər həlak olub.

AzPost bildirir ki, bu barədə Avstraliya mediasının məlumtında deyilir.

Polis hücum edənlərin ata və oğul olduğunu müəyyən edib. 50 yaşlı kişi dərhal öldürülüb, 24 yaşlı oğlu isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hücum zamanı çimərlikdə yəhudilərin Hanuka bayramı qeyd etmələri başlamışdı. Polis hücumu terror hücumu adlandırıb.

Şahidlər bildiriblər ki, məşhur çimərlikdə baş verən hücum təxminən 10 dəqiqə davam edib.

Bazar günü yerli vaxtla saat 18:47-də (GMT ilə saat 07:47) Sidney polisi mindən çox insanın toplaşdığı çimərliyin yaxınlığındakı kiçik bir parkda Hanuka bayramı qeyd etməsi zamanı silah səsləri barədə məlumat alıb.

BBC tərəfindən təsdiqlənmiş video daha sonra yayılıb. Videoda iki kişinin çimərliyə aparan körpüdən bir neçə dəqiqə ərzində insanlara atəş açdığı görünür. Başqa bir videoda körpüdən çimərliyə doğru enən bir şəxsin atıcılardan birinə arxadan yaxınlaşılır, hücum edilir və tüfəngi əlindən alır. Daha sonra atıcı uzaqlaşır.

Atışma nəticəsində ölənlərin sayı artıb. Son rəqəmlərə görə, Yeni Cənubi Uels Səhiyyə Naziri Rayan Park 15 nəfərin öldüyünü, atıcılardan birinin də öldürüldüyünü bildirib.

Polis brifinqində 50 yaşlı kişinin dərhal öldürüldüyü, 24 yaşlı oğlunun isə xəstəxanada ağır vəziyyətdə olduğu bildirilib.

Hücumdan sonra daha 40 nəfər, o cümlədən ağır, lakin stabil vəziyyətdə olan iki polis əməkdaşı xəstəxanadadır. Polisin məlumatına görə, qurbanların yaşı 10 ilə 87 arasında olub.

Rəsmilər bazar günü baş verən atışmanı hədəfə alınmış antisemit hücum kimi xarakterizə ediblər. Polis hücumu Sidneyin yəhudi icmasına qarşı terror hücumu kimi qiymətləndirib.

Polis Komissarı Mel Lanyonun sözlərinə görə, 50 yaşlı hücumçu atıcılıq klubunun üzvü olub və odlu silah lisenziyası üçün meyarlara cavab verirdi.

Avstraliya Daxili İşlər Naziri Toni Bork adlı yaşlı atıcının ölkəyə 1998-ci ildə tələbə vizası ilə gəldiyini və oğlunun doğuşdan Avstraliya vətəndaşı olduğunu aydınlaşdırıb.

Videoda atıcılardan birini zərərsizləşdirərkən görünən şahidin 43 yaşlı meyvə dükanının sahibi və iki uşaq atası Əhməd Əl-Əhməd olduğu müəyyən edilib. Körpüdə qalan atıcı onu çiynindən və qolundan yaralayıb. Əl-Əhməd xəstəxanaya aparılıb. Onun həyatının təhlükədə deyil.

Avstraliyanın 7NEWS televiziya kanalının məlumatına görə, Əhməd hücum zamanı təsadüfən hadisə yerinə yaxın olub. O, silah səsləri eşidib, silahlı kişini görüb və tərəddüd etmədən hərəkətə keçmək qərarına gəlib. Şahidlərin sözlərinə görə, onun müdaxiləsi faciədə dönüş nöqtəsi olub.

Yeni Cənubi Uels Baş naziri Kris Minns onu əsl qəhrəman adlandırıb. Minns bildirib ki, bu cəsur insanın sayəsində bu gün çoxlu sayda insan sağdır. Sidneydəki atışma Avstraliyada son 30 ildə baş verən ən dəhşətli zorakı hadisə olub.

Yəhudi icmalarında polisin iştirakı artırılıb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Dekabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri