Yekaterinburqda öldürülən qadaşlarla bağlı ekspertiza rəyi açıqlanıb
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar - Ziyəddin və Hüseyn Səfərovların heç biri iti alət və odlu silahla vurulmayıb, küt alətlə vurulublar.
Reyting.az xəbər verir ki, bunu Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, ekspertizanın rəyinə əsasən, meyitlərin xarici və daxili müayinəsində çoxlu travmalara rast gəlinib.
Ə. Həsənov bildirib ki, dünən meyitlər axşam saatlarında Birliyin şöbəsinə qəbul edilib və meyitlərin müayinəsi gecəyarısı başa çatıb.(APA)
Bu mövzuda digər xəbərlər:Yekaterinburqda öldürülən həmyerlilərimiz müayinə edilib
01 İyul 2025 11:59
Yekaterinburqda öldürülən iki azərbaycanlının meyiti Bakıda
01 İyul 2025 16:49
Azərbaycan Yekaterinburqda öldürülən qardaşların meyitlərinə öz ekspertizasını keçirəcək
30 İyun 2025 18:18
Yekaterinburqda OMON vəhşiliyi: Öldürülən və saxlanılan azərbaycanlılar SİYAHI
29 İyun 2025 11:32
Seyfəddin Hüseynli: “Yekaterinburqda öldürülən qardaşlarımın nəşi sabah gətirilməlidir”
29 İyun 2025 19:01
Baxış sayı:59
Bu xəbər 01 İyul 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















