Yekaterinburqda saxlanılan azərbaycanlıları ömürlük həbs gözləyir
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi Yekaterinburqda saxlanılan Azərbaycan vətəndaşlarının cinayətkar etnik qrupa daxil olduqlarını və sifarişli qətllər törətməkdə şübhəli bilindiklərini təsdiqləyib.
Lent.az-ın məlumatına görə, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib:
"İstintaqın məlumatına görə, etnik cinayətkar qruplaşmanın tərkibində olan müttəhimlər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllərdə və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər. Artıq bir neçə şübhəli şəxs etiraf edib, bu şəxslərlə birgə istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir".
İstintaq Komitəsindən bildirilib ki, faktla bağlı bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq adam öldürmə və muzdla adam öldürmə maddələri ilə cinayət işi araşdırılır. Ən ağır cinayətlərə görə qrup üzvlərini ömürlük həbs cəzası gözləyir. Hazırda şübhəlilərin həbs edilməsi məsələsi həll edilir, digər cinayətlərdə iştirakları yoxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 28 İyun 2025 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















