Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir İttihamları BİLİNDİ
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların bir neçə qətl epizodunda və adam öldürməyə cəhddə bilavasitə əlaqələri var".
Oxu.Az xəbər verir ki, bu barədə region üzrə istintaq komitəsi məlumat yayıb.
Bildirilir ki, onları ömürlük həbs cəzası gözləyir:
"Əsas iş bir neçə cinayət əlaməti üzrə araşdırılır:
- bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş qətl;
- muzdlu qatil tutularaq törədilən qətl;
- muzdlu qatil tutularaq adam öldürməyə cəhd.
Şübhəlilər eyni etnik cinayətkar qrupun üzvləridir. Müstəntiqlərin fikrincə, ittihamların irəli sürüldüyü epizodlar Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş verib.
Bir neçə şübhəli artıq etirafedici ifadələr verib və istintaqla əməkdaşlıq edir.
Hazırda qətimkan tədbirin seçilməsi məsələsi həll edilir. Əcnəbilərin digər cinayətlərdə də iştirakları yoxlanılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 28 İyun 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















