Icma.az
close
up
RU
Yekun sülh sazişinin tezliklə imzalanması kim üçün zərurudir?

Yekun sülh sazişinin tezliklə imzalanması kim üçün zərurudir?

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Azərbaycanla Ermənistan arasında sülh sazişi nə vaxt imzalancaq, bu sual indi hamını düşündürür. İki ölkə arasında yekun sülh sazişinin nə vaxt imzalanacağı bu gün həm regional, həm də qlobal siyasi gündəmin ən vacib suallarından biri olaraq qalır. Çünki artıq məsələ sadəcə iki dövlət arasında formal sənədin rəsmiləşdirilməsi deyil. Söhbət Cənubi Qafqazda onilliklər boyu davam etmiş qarşıdurma məntiqinin yekun olaraq aradan qaldırılmasından gedir. Bu baxımdan, hazırkı mərhələ sülh üçün əvvəllər görünməmiş dərəcədə əlverişli imkan yaradır.
Ümumən götürsək, yekun sülh sazişinin imzalanması üçün hazırda tam əlverişli zəmin formalaşıb. Belə ki, 2025-ci ilin martında Ermənistan və Azərbaycan sülh sazişinin bütün maddələri üzrə razılığa gəldiklərini açıqlayıblar, avqustda isə sənəd ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda paraflanıb. Bu isə sülh sazişinin yekunlaşdırılması üçün möhkəm hüquqi baza yaradıb. Bakının konsruktiv və sülhsevər siyasətinin nəticəsində Azərbaycan və Ermənistan arasında həmçinin yükdaşıma-dəmiryolu kommunikasiyası bərpa olunub. Eləcə də, iki ölkə arasında birbaşa ticarətin başlanması da prosesi sürətləndirən amillərdən sayılır. Bu isə o deməkdir ki, bu gün iqtisadi məntiq də siyasi məntiq kimi sülhün xeyrinə işləyir.
Tərəflərin sözügedən yekun sülh sənədini tezliklə imzalaması bütünlükdə region üçün də faydalı olacaq. Türkiyə və Gürcüstan, Çin və Mərkəzi Asiya ölkələri, ABŞ və Avropa İttifaqı da bu sazişin tezliklə imzalanmasında maraqlıdır. Nəticə etibarilə, Azərbaycan və Ermənistanın sülh bağlaması həm regional əməkdaşlığa, həm də qlobaı iqtisadi proseslərə ciddi təkan verəcək. Lakin sülh sazişinin imzalanması bu gün ilk növbədə hamıdan çox Ermənistan hakimiyyətinə və erməni xalqının özünə lazımdır. Ermənistanın revanşist müxalifəti bu həqiqəti dərk etməsə də, lakin Paşinyan iqtidarı sülhün əhəmiyyətini başa düşür. Burada məsələnin mühüm tərəflərindən biri də odur ki, sülhün gecikməsi ilk növbədə Ermənistanın öz maraqlarına ziddir. İrəvanda hakimiyyət nümayəndələrinin açıqlamalarında da bu narahatlıq açıq şəkildə sezilir. Bunu Ermənistanın hakim partiyasının və rəsmi şəxslərinin açıqlamalarından da görmək mümkündür. "Vətəndaş Müqaviləsi" Partiyasının deputatı Taron Çaxoyan deyib ki, Qarabağ məsələsi Ermənistan üçün de-fakto bağlansa da, lakin de-yure hələ bağlanmayıb, bu səbəbdən ölkənin hüquqi bazasının mövcud reallıqlara uyğunlaşdırılması vacibdir. Erməni deputat sülh və kontitusiya dəyişikliyinin bu gün ilk növbədə Ermənistanın özü üçün hava-su kimi zəruri olduğunu bildirib.
Ermənistan parlamentinin (Milli Assambleyanın) yeni sədri Ruben Rubinyan isə bir qədər də irəli gedərək Azərbaycanla sülhün tam təmin olunmamasını təhlükə kimi dəyərləndirib. Rubinyan parlamentdə müxalif "Hayastan" fraksiyasının deputatı Kristine Vardanyanın Ermənistan üçün təhlükə mənbələri ilə bağlı sualını cavablandırarkən Azərbaycanınla sülhün hələ tam və geri dönməz xarakter almadığını ölkəsinin təhlükəsizliyi üçün əsas risklərdən biri adlandırıb: "Azərbaycanla sülh var, lakin bu sülh hələ geri dönməz və tam institusionallaşmış deyil. Başqa sözlə, Azərbaycanla tam sülhün olmaması Ermənistan Respublikasının təhlükəsizliyi üçün ciddi təhdiddir".
Göründüyü kimi rəsmi İrəvan Azərbaycanla sülhün tam institusional xarakter almamasının Ermənistan üçün əsas təhlükələrdən biri olduğunu qəbul edir. Lakin bununla yanaşı, sülhün indiyə qədər geri dönməz xarakter almamasının və tam institusionallaşmamasının məsuliyyəti də məhz Ermənistan tərəfinin üzərinə düşür. Prezident İlham Əliyevin sözü ilə desək, Azərbaycan dayanıqlı sülh və sabitliyin bərqərar olunması üçün bütün addımları atıb. Bu gün sülhü yubadan yeganə tərəf Ermənistandır. Daha doğrusu, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsinin parlament seçkilərinə görə ertələnməsi yekun sülh sazişinin imzalanması yolunda əsas maneə kimi qalmaqdadır. Paşinyan iqtidarı bu istiqamətdə fəallığı artırmalıdır. Parlament seçkiləri artıq geridə qalıb. Konstitusiyanın dəyişdirilməsi üçün heç bir ciddi maneə qalmayıb. Nikol Paşinyan yaranmış əlverişli fürsətdən düzgün istifadə etməli, yekun sülh üçün dərhal hərəkətə keçməlidir.
Çünki mövcud geosiyasi pəncərə uzunmüddətli deyil. Fürsət pəncərələri adətən qısa müddət açıq qalır və vaxtında istifadə olunmadıqda yenidən bağlana bilir. Azərbaycan–Ermənistan sülh sazişinin imzalanması artıq prinsipial razılaşma mərhələsindən texniki və siyasi yekunlaşma mərhələsinə keçib. Amma bu yekunlaşmanın baş verməsi üçün Ermənistan tərəfi konstitusion və siyasi maneələri aradan qaldırmağa daha çevik yanaşmalıdır. Əgər İrəvan real sülhü strateji seçim kimi qəbul edərsə, sənədin yaxın perspektivdə imzalanması mümkündür. Əks halda, razılaşdırılmış mətnin kağız üzərində qalması və regionun yenə də qeyri-müəyyənlik içində saxlanması riski davam edəcək. Ermənistan rəhbərliyi daxili siyasi çəkişmələr, revanşist dairələrin təzyiqi və konstitusion dəyişikliklər ətrafında yaranan həssaslıq səbəbilə sülh prosesini uzatmamalıdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Avqust 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see396

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see226

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see221

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see205

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see190

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see187

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see182

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see182

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see179

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see178

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see172

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see172

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see171

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see171

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see171

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see170

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see164

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see164

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see161

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri