Icma.az
close
up
RU
“Yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasını dəyişməlidir” Elçin Mirzəbəyli

“Yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasını dəyişməlidir” Elçin Mirzəbəyli

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycanın sülh sazişinin imzalanması üçün Konstitusiyanı dəyişmək şərti Ermənistan üçün qəbuledilməzdir”.

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib.

“Onların bu sazişi imzalamaq üçün konkret bir şərti var, bu yanaşmanı bölüşmürük. Biz deyirik ki, sülh artıq mövcuddur, minlərlə məsələ üzrə razılığa gələ bilərik, amma bu məsələ üzrə yox. Onlar deyirlər ki, bizim Konstitusiyamızda problem var, biz isə deyirik ki, belə bir problem yoxdur. Burada qarşılıqlı anlaşma yoxdur”, – Mirzoyan vurğulayıb.

Gununsesi.info -ya danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli qeyd edib ki, bu daxili ictimai rəyə hesablanmış addımlardır.

“Aydın görünür ki, Ermənistan tərəfi məsələni yanlış istiqamətdə yönəldir və sualı da tamamilə səhv qoyur.

“Biz Konstitusiyanı Azərbaycana görə dəyişməyəcəyik” kimi yanaşma kökündən yanlışdır. Azərbaycanın Konstitusiyayla bağlı irəli sürdüyü tələblər haqlıdır, çünki bu dəyişikliklər təkcə Azərbaycanın deyil, Ermənistanın özü üçün də zəruridir.

Nəticədə, Beynəlxalq Birliyin və BMT-nin üzvü olan bir ölkə öz Ana Qanununda başqa bir dövlətə qarşı ərazi iddiaları saxlamaqla BMT Nizamnaməsinə zidd mövqe tutur. Prinsip etibarilə, Ermənistan öz qanunvericiliyini beynəlxalq hüququn norma və prinsiplərinə uyğunlaşdırmalıdır. Məsələyə də bu kontekstdən yanaşmaq lazımdır”.

  Deputat qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması artıq baş tutub, lakin yekun sazişin imzalanması üçün Konstitusiyada dəyişikliklərin edilməsi zəruridir:

“Paradoksal olardı ki, bir dövlət digərinə qarşı Konstitusiya səviyyəsində ərazi iddialarını davam etdirsin, amma eyni zamanda onunla sülh sazişi imzalasın.

Üstəlik, Konstitusiyada bu müddəalar qaldıqca, sazişin davamlılığına da təminat yoxdur. Çünki həmin maddələr mövcud olduğu halda, Ermənistanın istənilən vaxt sazişdən birtərəfli qaydada çıxmaq ehtimalı qalır. Bu, ya Konstitusiya Məhkəməsinin qərarı, ya da hakimiyyət dəyişikliyi nəticəsində baş verə bilər. Belə halda Ermənistan Konstitusiyasının Müstəqillik Bəyannaməsinə istinad edərək sülhdən geri çəkilməyə əsas yarada bilər.

Buna görə də Konstitusiyanın dəyişdirilməsi əsas və vacib şərtdir. Əks halda, yekun sülh sazişinin imzalanmasından söhbət belə gedə bilməz”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Oktyabr 2025 07:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see379

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see264

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see227

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see209

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see203

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see168

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see164

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see160

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see159

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see154

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see153

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see153

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see153

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see152

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see151

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri