Icma.az
close
up
RU
Yelena Panina: “Ermənistan “super Ukrayna” ola bilər” Yeni Çağ Media

Yelena Panina: “Ermənistan “super Ukrayna” ola bilər” Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

Rusiyalı politoloq Yelena Panina Ermənistan ilə ABŞ arasında imzalanan strateji tərəfdaşlıq sazişini rəsmi İrəvanın ən böyük geosiyasi səhvlərindən biri hesab edir.

Yenicag.az xəbər verir ki, Panina bu barədə Rusiyanın aparıcı nəşrlərindən birində dərc olunan məqaləsində yazıb.

Paninanın fikrincə, ABŞ-nin dövlət katibi Antoni Blinken bu sazişi “sərhədlərin təhlükəsizliyindən suverenliyin gücləndirilməsinə və sülhsevər nüvə proqramına qədər” gözəl bir çərçivədə təqdim etsə də, bu, Ermənistanın maraqlarına ciddi zərbə vuracaq.

Politoloq hesab edir ki, Ermənistan-ABŞ sazişi İrəvanın uzun illərdir davam edən qeyri-müəyyən geosiyasi kursuna aydınlıq gətirib. Bu saziş qüvvəyə mindikdən sonra Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı mənasız olacaq, Rusiya ilə iqtisadi əməkdaşlıq isə ciddi şəkildə azalacaq. Xüsusilə 2026-cı ildən sonra Ermənistan Atom Elektrik Stansiyasının idarə olunmasının artıq “Rosatom” və hətta Fransa tərəfindən deyil, ABŞ-nin “Westinghouse” şirkəti tərəfindən həyata keçiriləcəyi ehtimal olunur.

ABŞ-nin Ermənistan sərhədlərinin təhlükəsizliyini təmin etməkdə iştirakı, Paninanın fikrincə, Vaşinqtonun Ermənistan üzərində tam nəzarətini artıracaq və bu ölkədə ABŞ-ın güc strukturlarının mövcudluğunu genişləndirəcək. Paninanın fikrinə görə, bu dəyişikliklər ABŞ-nin növbəti administrasiyası, xüsusilə də yanvarın 20-də fəaliyyətə başlayacaq Tramp administrasiyası tərəfindən davam etdirilə bilər. Politoloq bu ssenarini olduqca real hesab edir.

O, söyləyib ki, bu vəziyyətin ən böyük təsiri Ermənistanın qonşularına olacaq. Ermənistanın ABŞ-nin strateji tərəfdaşı olması:

• Türkiyə və Azərbaycanın birbaşa əlaqə yaratmaq məqsədilə nəzərdə tutduğu nəqliyyat layihələrinə mane ola bilər;

• İranın ABŞ-nin Ermənistan vasitəsilə regiondakı mövqeyini gücləndirməsindən narahatlıq keçirməsinə səbəb ola bilər;

• Gürcüstanın Qərbdə “Rusiyayönümlü” hesab edilən hakimiyyətinin zəifləməsi üçün Ermənistan bir baza rolunu oynaya bilər.

• Qazaxıstanın Xəzəryanı logistika layihələrində maraqlarını zədələyə bilər.

Panina belə nəticəyə gəlir ki, Ermənistan, hətta potensial olaraq, “super-Ukrayna” roluna çevrilə bilər və bu, regiondakı geosiyasi balansı ciddi şəkildə dəyişə bilər.

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 21 Yanvar 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri