Icma.az
close
up
RU
Sərhəddə pozulan SÜKUT: “Ermənistan hərbi əməliyyatlara başlaya bilər” Yeni Çağ Media

Sərhəddə pozulan SÜKUT: “Ermənistan hərbi əməliyyatlara başlaya bilər” Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

“Son Delimitasiya Komissiyasının 11-ci iclasından sonra yayılan bəyanat Ermənistan daxilində müxalifətin aktivləşməsinə səbəb olub. Paşinyan hakimiyyətinin anklav kəndlərinin geri qaytarılmasına razılıq verməsi və Zəngəzur dəhlizi ilə bağlı aktivliyin müşahidə olunması fonunda müxalifət yeni eskalasiya ehtimallarını gündəmə gətirərək ölkə daxilində davamlı təbliğat aparır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Analitik Ermənistan Xarici Kəşfiyyat Xidməti tərəfindən yayımlanan hesabatı və İrəvanın sərhədyanı ərazilərdə həyata keçirdiyi prosesləri şərh edib.

Qeyd edək ki, sözügedən hesabatda 2025-ci ildə Azərbaycanla genişmiqyaslı müharibə ehtimalının olmayacağı bildirilib.

R. Bayramovun fikrincə, sərhəd istiqamətində Ermənistanın qoşun yığması iddialarını əsas götürən Böyük Britaniya Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına Qarabağa, ətraf bölgələrə və Azərbaycan-Ermənistan sərhədinin şərq hissəsindən beş kilometrlik əraziyə səyahət etməməyi tövsiyə edib:

“Bu vəziyyət Ermənistanda yeni hərbi əməliyyatların başlaya biləcəyi ehtimallarını gücləndirib. Bunun fonunda Ermənistanın kəşfiyyat qurumu insanları sakitləşdirmək məqsədilə bu ehtimalların əsassız olduğunu vurğulayan hesabat yayıb. Bununla belə, qeyd etmək lazımdır ki, iki ölkə arasında sülh sazişi imzalanmadığı müddətdə hərbi əməliyyatların yenidən başlama ehtimalı həmişə yüksək olaraq qalacaq. Xüsusilə Ermənistanın müxtəlif xarici dairələrin sifarişlərini icra etməsi bu ehtimalları artırır”.

Həmsöhbətimiz vurğulayıb ki, əgər regionda maraqlı güclər yeni münaqişə istəsələr, Ermənistan çox rahat şəkildə təxribatlara əl ata bilər:

“Bu isə Azərbaycanın cavab tədbirləri görməsi ilə nəticələnəcək və nəticədə yeni hərbi əməliyyatlar baş verə bilər. Ermənistan kəşfiyyat qurumunun hesabatı daxili auditoriyanı sakitləşdirmək cəhdi kimi görünsə də, reallıqda vəziyyət tam fərqli ola bilər. Çünki, əgər Ermənistan sülh sazişi imzalamaqdan yayınırsa, atəşkəs rejiminin şərtlərini yerinə yetirmirsə eləcə də yalnız kommunikasiya xətlərinin blokadadan çıxarılmasını müzakirə ilə məhdudlaşdırırsa, o zaman bölgədə sabitlikdən danışmaq mümkün deyil. Bütün bunlar gərginliyin davam etməsi və hərbi əməliyyatların yenidən alovlanması ehtimalını qaçılmaz edir”.

Rafi Müslümov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 23 Yanvar 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri