“Yelo Bank” dan çənə sındıran filial müdiri ilə bağlı AÇIQLAMA
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, “Facebook” sosial şəbəkə hesabında Aqil Layıc adlı istifadəçi “Yelo Bank”ın “Elmlər Akademiyası” filialının müdiri Vüqar Xəlilovun müştəriyə qarşı kobud davranaraq ona fiziki zorakılıq tətbiq etdiyi ilə bağlı paylaşım edib.
İddiaya görə, filial müdiri bankda xidmətin gecikməsinə etiraz edən müştərini təhqir edib, daha sonra isə onu döyərək çənəsini sındırıb.
Məsələ ilə bağlı dünənki açıqlamasında “Yelo Bank” iddiaların aradırıldığını bildirmişdi. Araşdırmanın nəticə ilə bağlı bu gün “Yelo Bank”dan “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən şəxs “Elmlər Akademiyası” filialında çalışmır və bankın belə bir əməkdaşı yoxdur.
Bank tərəfindən digər suallara cavab verilməyib.
Əfsanə Rəcəb
“Ceebheinfo.az”
Açar sözlər: Yello Bank filial müdiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 14 Mart 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















