Yelo Bank ın sahibi iki gün ərzində 1 milyard dollardan çox pul itirib
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Lukoyl”un səhmləri Moskva birjasında 7,2% ucuzlaşıb. Buna görə şirkətin sahibi Vahid Ələkbərov iki gün ərzində 1 milyard dollardan çox pul itirib.
Mia.az Moden.az-a istinadla xəbər verir ki, “Lukoyl”un bazar kapitallaşması 297 milyard rubl azalıb, “Rosneft”lə birlikdə Rusiyanın ən böyük neft şirkətlərinin ABŞ sanksiyalarının tətbiqindən sonra ümumi itkiləri 424 milyard rubl (5,2 milyard dollar) təşkil edib.
Sanksiyalar “Rosneft” və “Lukoyl”un törəmə şirkətlərinə də təsir edir. Bu addım ixrac tədarüklərini çətinləşdirə bilər.
Yeri gəlmişkən, Mia.az xatırladır k, V.Ələkbərovun Bakıda da bank və digər varidatı var. Onun indi ətrafında cərəyan edən hadisələrin Bakıdakı bankı "Yelo Bank"a necə təsir edəcəyini isə zaman göstərəck.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 26 Oktyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















