“Yelo Bank”da qadın sahibkarlar üçün “Tea Talk” görüşü keçirildi Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Yelo Bank” qadın sahibkarların inkişafına və bilik mübadiləsinə xüsusi önəm verir, bu məqsədlə müxtəlif təşəbbüslərə dəstək göstərir.
Bu dəfə bank Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə növbəti “Tea Talk” görüşünə evsahibliyi edib.
Təhsil sahəsində fəaliyyət göstərən qadın sahibkarların bir araya gəldiyi tədbir səmimi mühitdə təcrübə paylaşımı və peşəkar əlaqələrin qurulması üçün dəyərli imkan yaradıb.
Görüşün əvvəlində “Yelo Bank” qadın sahibkarlara özəl kredit məhsulu və digər bank xidmətləri barədə qısa məlumat təqdim edib. Tədbirdə təlimçi Saday Əlverdiyev uzunillik təcrübəsinə əsaslanaraq təhsil sahəsində biznes idarəçiliyinin incəliklərini, real nümunələri və effektiv idarəetmə yanaşmalarını iştirakçılarla bölüşüb.
Müzakirələr zamanı təhsil sektorunda mövcud çağırışlar, inkişaf imkanları və əməkdaşlıq perspektivləri dəyərləndirilib. İştirakçılar qarşılıqlı fikir mübadiləsi apararaq həm yeni ideyalarla tanış olublar, həm də təcrübələrini paylaşıblar.
“Yelo Bank” üçün bu görüşlər qadın sahibkarların dəstəklənməsi və yeni əlaqələrin qurulması baxımından önəmlidir. Bank yaxın zamanda onların biznes fəaliyyətini gücləndirmək üçün xüsusi güzəştli şərtlərlə mikro kredit təqdim edib. Bu məhsul qadın sahibkarlara daha rahat maliyyə dəstəyi almaq imkanı yaradır. Kredit haqqında ətraflı məlumat: https://bit.ly/4LqL1N.
Kicik biznes krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya feysbuk, instaqram, vatsap və yelo.az hesablarımızı ziyarət edin.
“Yelo Bank” – Parlaq bankçılıq!




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 03 Dekabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















