“Yelo Bank”ın filial müdirinin döydüyü deyilən müştəri danışdı VİDEO
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Yelo Bank”ın Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən filialının müdirinin müştərini döyərək çənəsini sındırdığı iddia edilir.
"Unikal" xəbər verir ki, hadisə göstərilən xidmətin gecikməsinə görə bildirdiyi etirazdan sonra baş verib.
Şəxsiyyətinin gizli qalmasını istəyən şikayətçi iddia edir ki, 10 gün əvvəl getdiyi bankda 2 saat gözləməsinə etiraz edib. Xidmətin gecikməsinə görə filial müdirinin otağına yaxınlaşıb. Mübahisə düşüb, filial müdiri Vüqar Mirzəzadə isə vuraraq onun çənəsini sındırıb. Sonra bankda olanlar onları aralayıblar.
Şikayətçi deyir ki, bütün bunlar müşahidə kameraları və bank müştərilərinin gözü qarşısında baş verib.
Daha ətraflı "Xəzərxəbərin" süjetində:
Baxış sayı:85
Bu xəbər 15 Mart 2025 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















