Icma.az
close
up
RU
Yelobank bayrağımıza hörmətsizlik edib? AÇIQLAMA

Yelobank bayrağımıza hörmətsizlik edib? AÇIQLAMA

Icma.az bildirir, Modern.az portalına istinadən.

Sosial şəbəkədə "Yelobank"ın qarşısında Azərbaycan Respublikasının Dövlət Bayrağının aşması ilə bağlı görüntülər yayılıb. Foto bir çox istifadəçilər tərəfindən narazılıqla qarşılanıb və hörmətsizlik kimi qəbul edilib.

Modern.az mövzu ilə bağlı "Yelobank" ASC ilə əlaqə saxlayıb.

Bankdan bildirilib ki, hər il Zəfər Gününü qeyd etmək, Vətən müharibəsi şəhidlərini anmaq və bayrağa olan sevgini ifadə etmək məqsədilə Yelobankın Baş ofisindən üçrəngli bayrağımız asılır:

“Bu ənənəvi aksiyamızla həm qəhrəman şəhidlərimizin xatirəsini əziz tutur, həm də tarixi Zəfər günümüzlə qürur duyduğumuzu nümayiş etdiririk.

Təəssüf ki, noyabrın 5-i güclü külək səbəbindən səhər saatlarında bayrağımız asılan iplərdən biri qopub. Saat 07:49-da külək ipi qırıb və 07:55-də növbədə olan əməkdaşlarımız bayrağı dərhal endirərək, təhlükəsizliyi təmin ediblər.

Bayraq ölçü və çəki baxımından kifayət qədər ağır olduğundan, onun hər dəfə quraşdırılması xüsusi texnika və hazırlıqlı bir komanda tərəfindən həyata keçirilir. Bu hadisə iş saatlarından kənar vaxtda baş versə də, növbədə olan əməkdaşlarımız öz gücünə bayrağı dərhal endirib və müvafiq təhlükəsizlik tədbirləri görüblər. Təəssüf ki, həmin bir neçə dəqiqəlik zaman çərçivəsində çəkilən bir foto ictimaiyyətə yanlış izahla təqdim edilib. Korporativ Sosial Məsuliyyətli bir təşkilat olaraq, Yelo Bank-ın şəhid və qazi ailələrini dəstəkləmək istiqamətində gördüyü işlər hər kəsə məlumdur. Təbiət hadisəsindən heç birimiz sığortalanmamışıq və məlum hadisə bizi çətin vəziyyətə salıb. Əməkdaşlarımız isə öz vətəndaşlıq borcunu dərhal yerinə yetiriblər.

Bu hadisənin yanlış anlaşılmasına görə böyük təəssüf hissi keçirir və vəziyyəti anlayışla qarşılayan hər kəsə təşəkkürümüzü bildiririk. Qəhrəman şəhidlərimizin xatirəsinə daim hörmətlə yanaşmağa davam edəcəyik!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Noyabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri