Icma.az
close
up
RU
Şirkətlər YeloBank dakı pullarını geri çəkdilər

Şirkətlər YeloBank dakı pullarını geri çəkdilər

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Bu ilin yanvar- sentyabr aylarında "YeloBank" ASC-nin əsas maliyyə göstəricilərində azalmalar müşahidə olunub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, banklar və digər maliyyə institutlarındakı depozitlər ötən ilin sonu ilə müqayisədə 61.16% azalaraq, 61,743.80 manatdan 23,976.91 manata düşüb. Bu, 37,766.89 manatlıq azalma deməkdir.

Eyni zamanda, banklar və digər maliyyə institutlarına verilən kreditlərdə də azalma qeydə alınıb — 11,971.80 manatdan 11,579.66 manata enib. Bu göstərici üzrə azalma 392.14 manat və ya 3.27% təşkil edir.

Hüquqi şəxslərin depozitləri üzrə də azalma müşahidə olunub. Hesabat dövründə depozitlər 197,822.07 manatdan 160,116.07 manata düşüb. Bu da faiz ifadəsində 19.06%, valyuta ilə 37 milyon 706 min manat azalma deməkdir.

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər isə 23,080.18 manatdan 19,256.99 manata enib. Bu, 3,823.19 manat və ya 16.56% azalma deməkdir.

Bütün bu dəyişikliklərə baxmayaraq, "YeloBank" bu ilin yanvar-sentyabr aylarını xalis mənfəətlə başa vurub. Belə ki, bank 27,814.62 manat xalis mənfəət əldə edib. Lakin bu göstərici, ötən ilin eyni dövrü (30,527.26) ilə müqayisədə 2,712.64 manat və ya 8.89% azdır.

Xatırladaq ki, 2025-ci ilin birinci rübü də “YeloBank” üçün uğurlu olmayıb. 2024-cü ilin ilk üç ayında “Yelo Bank” 15,479.47 min manat xalis əməliyyat mənfəəti əldə etmişdisə, 2025 –ci ilin eyni dövründə cəmi 8,951.53 min manat əməliyyat mənfəəti əldə edib. Bu da 42.15% azalma deməkdir. Dövr üzrə xalis mənfəəti 11,199.62 min manat olub. Bu, 2024 – cü ilin müvafiq dövrü ilə müqayisədə 20.71% azdı. Həmin vaxt bank 14 mln. 125.50 min manat xalis mənfəət əldə etmişdi.

Həmçinin, 2025-ci ilin ikinci rübündə 19 milyon 702 min manat mənfəət əldə edib. 2024-cü ilin eyni dövründə bu rəqəm 26 milyon manat olub. Beləliklə, bankın xalis mənfəəti illik müqayisədə 24,3% azalıb

“YeloBank” fəaliyyətinə 1994-cü ildə “Ülpər” kommersiya bankı kimi başlayıb. 2002-ci ildə bank rebrendinq edərək adını “Nikoil Bank” olaraq dəyişib. 2019-cu ildə isə yenidən rebrendinq prosesindən keçərək hazırda istifadə olunan “Yelo Bank” adını alıb. Bankın hazırda nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94 %-i Marina Kulişovaya (Bankın Müşahidə Şürasının sədri), 0,96 %-i Anar Həsənova (Bankın İdarə Heyətinin sədri), 0,1 %-i isə "İSR Holdinq" MMC-yə məxsusdur.

Mediada yer alar məlumatlara görə, “YeloBank”a “Lukoil” Neft Şirkətinin prezidenti Vahid Ələkbərov nəzarət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Oktyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri