Icma.az
close
up
RU
Yem olmaq sırası indi də Ukraynadadır: Putinin şərəfinə gümüş sikkə

Yem olmaq sırası indi də Ukraynadadır: Putinin şərəfinə gümüş sikkə

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Ötən həftə Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirdi ki, Almaniya Ukraynada hərbi kontingent yerləşdirməyəcək:"Almaniya bunun əvəzinə mövcud razılaşmalara uyğun olaraq NATO ərazilərinin müdafiəsinə diqqət yetirməyi planlaşdırır.“Bundesver artıq Litvada briqada yerləşdirib. Alman əsgərlərinin əlavə olaraq Ukraynada yerləşdirilməsi ehtimalı bizə çox böyük yük olardı”, – deyə nazir bildirib. Eyni zamanda Yohann Vadeful vurğulayıb ki, Almaniya Ukraynada mümkün sülhün təmin edilməsində vacib rol oynamalıdır.

 Deməli, Almaniya Rusiya kimi bir düşməni gücsüz vəziyyətə salınması üçün Rusiya- Ukrayna müharibə başlayandan ənçox silah-sursat göndərən ölkələrdən olub.  Bu ilin avqust ayının hesabatına görə, Almaniya müharibə başlayandan Ukraynaya 12 milyard avrodan çox yardım edib.

 Əvvəl düşünürdüm ki, qızışdırıb ayının pəncəsinə verdikləri Ukraynanı qorumaq üçün bu qədər "xərc-xəsarət" edirlər. Amma zaman keçdikcə  anlayıram ki, Almaniya, ümumilikdə Avropa ölkələri "ilanı Seyid Əhməd əli ilə tutmağa" çalışıblar. Silah verək Ukrayna Rusiyanı çökdürsün! Avropa Rusiya ilə savaşda sağ qalsın, Ukraynalılara, Ukraynaya nə olur olsun!

Elə 2008-ci ildə də Gürcüstanı  bu ağ ayının cənginə belə verdilər. Amma o vaxt gürcülər ağıllı tərpəndi və tələsik müharibəni dayandırdı.Ukraynanı isə savaşı dayandırmağa məhz Avropa izn vermədi. Çünki onlara döyüşlərdən , müharibədən çökmüş bir Rusiya lazım idi və əminəm istəklərinə çatdılar.

 Xarici xəbərləri izləyərkən fikrimi təsdiq etdim: Deməli, Almaniyanın “Compact” siyasi jurnalı Rusiya prezidenti Vladimir Putinin şərəfinə sikkə buraxıldığını elan edib.  Suvenir gümüşdən hazırlanıb. Onun üzərində Rusiya liderinin portreti və “Patriot Vladimir Putin” imzası var. Məhsulun təsvirində deyilir ki, o, “müqavimət, cəsarət və Qərbin əsas axını üzərində qələbəni” simvollaşdırır. Sikkənin sentyabrın sonunda satışa çıxarılacağı bildirilir.

 Bu addım əslində düşmənə dəyər verib, dostu sındırmaq deməkdir. Avropanın "müqəddəs dəyərləri" düşüncəsi bu qədər namərddir! Siz , heç təsəvvür etmədinizmi, o sikkəni görən Zelenski və ukraynalılar nələr düşünəcək? 

 P,S.Allah hər kəsi doğmasının xəncərindən qorusun, düşmənin topu-tüfəngi ilə başa çıxmaq çox asandır!

 Əntiqə Rəşid 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Avqust 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri