Fransa təsdiqlədi: Hərbçilərimiz Ukraynadadır...
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa hərbçiləri Ukraynada hərbi texnikaya texniki xidmət göstərir və Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini hazırlayır.
Axar.az xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr üzrə naziri Alis Rufo bildirib.
Onun sözlərinə görə, Ukraynada Fransanın səfirliyi nəzdində müdafiə məsələləri üzrə missiya fəaliyyət göstərir. Həmin missiyanın tərkibində bir neçə hərbçi və ekspert, o cümlədən hərbi mühəndislər var. Onlar vaxtaşırı Ukraynaya səfər edərək “Mirage” qırıcıları və “Caesar” özüyeriyən artilleriya qurğuları kimi mürəkkəb texnikalara texniki xidmət göstərir, həmçinin müəyyən hərbi avadanlıqlardan istifadə üzrə təlimlər keçirirlər.
Rufo əlavə edib ki, Avropa Birliyi də Ukraynaya analoji hərbi missiya göndərib.
Qeyd edək ki, noyabrın 9-da AB Şurası 2022-ci ildə yaradılmış Ukraynaya dəstək üzrə hərbi təlim missiyasının (EUMAM Ukraine) fəaliyyət müddətinin uzadılması çərçivəsində ilk dəfə Ukrayna ərazisində rəsmi hərbi mövcudluğunu təmin etmək niyyətini açıqlayıb. Hərbçilərin sayı barədə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 Noyabr 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















