Yemək masasında smartfondan istifadə etmək olmaz: Səbəbini alimlər izah etdi
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Smartfonunuzda zərərli mikroblar ola və bu da sonra nahar süfrənizə düşə bilər.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, bu baradə Çester Universitetinin fiziologiya üzrə baş müəllimi Dr. Qaret Nyo xəbərdarlıq edib.
Təəssüf ki, bunlar qida zəhərlənməsindən dəri infeksiyalarına qədər bir çox xəstəliklərə səbəb olan bakteriyalardır.
“Bunlar əsasən ishal, qusma və digər mədə pozğunluğu kimi mədə-bağırsaq xəstəlikləridir. Bununla belə, immun sistemi zəif olan insanlarda sepsis və ya pnevmoniya kimi çox ciddi infeksiyalara səbəb ola bilər”, - deyə o izah edib.
Dr. Nyo “Comare & Recycle” jurnalına smartfonda tapılan bəzi bakteriya növləri haqqında danışıb:
"Bunlardan ən çox yayılanı "Pseudomonas aeruginosa" (ağır tənəffüs və ya dəri infeksiyalarına səbəb ola bilər) və "Acinetobacter baumannii"dir (meningitə səbəb ola bilər). Qeyri-tibb işçiləri hələ də telefonlarında bakteriya daşıyırlar, ən çox yayılmış spor bakteriyalarıdır. Qida zəhərlənməsi və digər mədə-bağırsaq problemləri ilə əlaqələndirilir. Demək olar ki, bütün telefon səthlərində təhlükəli "E. coli" və "nəcisli streptokok" bakteriyaları ola bilər”.
Doktor Nyonun sözlərinə görə, bu bakteriyalar adətən öz əlimizlə smartfonlarımıza daxil olur:
“Biz hər gün 150-yə yaxın müxtəlif obyektə toxunuruq. Hətta işə getmək üçün ictimai nəqliyyatdan istifadə edirsinizsə, bu, daha çox mikrobla "ünsiyyət" deməkdir”.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 Dekabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















