Alimlər fırtına və qasırğaların güclənməsinin səbəbini izah ediblər
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
"Melissa" qasırğasının güclənməsi və onun Yamaykaya təsir edən ən güclü fırtınalardan birinə çevriləcəyi gözləntiləri, böyük ehtimalla, Dünya okeanının sürətli isinməsinin göstəricisidir. Avtosfer.az-ın "Guardian" qəzetinə istinadən məlumatına görə, bu barədə elm adamlarının apardıqları araşdırmalarda qeyd olunur. Meteoroloqlar bildirirlər ki, bu il Atlantik okeanında fırtına və qasırğalar zamanı küləyin gücündə nəzərəçarpacaq artım müşahidə olunub. Bu hal insan fəaliyyəti ilə bağlı iqlim böhranı ilə əlaqələndirilir və okean sularının temperaturunun yüksəlməsinə səbəb olur. Belə ki, suyun orta temperaturu təxminən +30°C-dir ki, bu da normadan 2-3°C yüksəkdir. Alimlərin fikrincə, iqlim dəyişikliyi, xüsusilə qaz yanacağının yandırılması və meşələrin qırılması hava şəraitinə əsaslı şəkildə təsir edir. Bu səbəbdən sürətli və ultrasürətli fırtınaların güclənməsi ehtimalı artmaqda davam edəcək.
Baxış sayı:92
Bu xəbər 02 Noyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















