Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 6 oktyabr, AZƏRTAC
Yəmən hökuməti ölkə əhalisini husilərin səfərbərlik çağırışlarına məhəl qoymamağa və onların sıralarına qoşulmamağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The National” qəzeti Yəmən Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Əlimiyə istinadla məlumat yayıb.
O, husilərin nəzarətində olan ərazilərin sakinlərini övladlarını “məğlub olacaqları döyüşlərə” göndərməməyə çağırıb.
Yəmənin Baş naziri Şiə Möhsün əl-Zindani isə Xarici İşlər Nazirliyinə “Yəmən Şəfəqi” əməliyyatının məqsədlərini beynəlxalq ictimaiyyətə çatdırmaq və beynəlxalq dəstəyi artırmaq üçün diplomatik səyləri gücləndirməyi tapşırıb.
Bu arada, husilərin sözçüsü Yəhya Sari hökumət qüvvələrinin Bab əl-Məndəb boğazı yaxınlığında irəliləmək cəhdlərinin qarşısının alındığını bildirib.
Qeyd edək ki, oktyabrın 4-də Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti Qırmızı dəniz sahillərində və Bab əl-Məndəb boğazı ətrafında husilərə qarşı əks-hücuma başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 06 Oktyabr 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















