Yəməndə DEAŞ liderlərindən biri öldürüldü
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yəmən hökuməti terror təşkilatı DEAŞ-ın liderlərindən biri olan Əbu Huzeyfə əl-Ənsarinin öldürüldüyünü açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yəmənin rəsmi SABA xəbər agentliyinin yaydığı məlumata görə, Ənsarinin saxlanılması məqsədilə xüsusi təyinatlı qüvvələrin iştirakı ilə əməliyyat keçirilib.
Koalisiya qüvvələrinin də iştirak etdiyi əməliyyat zamanı qarşıdurma baş verib. Atışma nəticəsində Əbu Huzeyfə əl-Ənsari öldürülüb.
Yəmən Dövlət Təhlükəsizliyi Mərkəzi Təşkilatının açıqlamasında əməliyyatın ölkənin qanuni hökumətini dəstəkləyən xüsusi qüvvələr tərəfindən həyata keçirildiyi bildirilib.
Hadisənin baş verdiyi yer və əməliyyatın digər detalları açıqlanmayıb.
Əbu Huzeyfə əl-Ənsarinin 2023-cü ildən etibarən DEAŞ-ın sözçüsü kimi tanındığı qeyd olunub.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 01 Sentyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















