SEPAH hərbçiləri Yəməndə öldürüldü
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki üzvü və onunla əlaqəli bir iraqlı Yəmən hökumət qüvvələri ilə “Ənsarallah” Hərəkatı arasındakı toqquşma zamanı öldürülüb.
Bakvaxtı.az xəbər verir ki, bu barədə “Al-Arabiya” Yəmən hökumətinə istinadla məlumat yayıb.
Məlumata görə, bu üç nəfər Yəməndə SEPAH-ın hərbi mütəxəssisləri kimi fəaliyyət göstərib. Yəmən mənbələri öldürülən şəxslərin kimliyi, eləcə də onların nə vaxt və harada öldürüldüyü barədə ətraflı məlumat verməyib.
“Al-Arabiya” həmçinin bildirib ki, “Ənsarallah”ın hərbi birləşmələrindən biri “Əl-Əlviyə əl-Fəth” briqadasının komandiri dron hücumu nəticəsində yaralanıb.
Bu mövzuda digər xəbərlər:Yəməndə SEPAH zabitləri öldürüldü
20 Avqust 2026 17:56
Yəməndə DEAŞ liderlərindən biri öldürüldü
01 Sentyabr 2026 12:04
Yəməndə yüksək vəzifəli husi lideri öldürüldü
04 Sentyabr 2026 10:41
SEPAH komandiri öldürüldü
12 Mart 2026 14:40
SEPAH polkovniki öldürüldü
03 Aprel 2026 13:19
Baxış sayı:140
Bu xəbər 20 Avqust 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















