Icma.az
close
up
RU
Yenə Ebola? Xəstəliyin yeni yayılması qeydə alındı, bir nəfər öldü

Yenə Ebola? Xəstəliyin yeni yayılması qeydə alındı, bir nəfər öldü

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Uqandanın paytaxtı Kampalada Ebola virusunun yeni yayılması qeydə alınıb və bir nəfər bu xəstəlikdən dünyasını dəyişib. 32 yaşlı kişi bu virusa yoluxaraq yanvarın 29-da xəstəxanada çoxorqan çatışmazlığından vəfat edib.  

Qaynarinfo Reuters-ə istinadla xəbər verir ki, hadisə barədə məlumatı Uqanda Səhiyyə Nazirliyi təsdiqləyib.  

32 yaşlı tibb bacısı kimi çalışan pasiyentdə qızdırma, sinə ağrısı, tənəffüs çətinliyi və bədənin müxtəlif nahiyələrindən qanaxmalar müşahidə olunub.  

Ölümündən bir neçə gün əvvəl o, bir neçə tibb müəssisəsinə və xalq təbabəti ilə məşğul olan şəxsə müraciət edib, bundan sonra onda Ebola diaqnozu təsdiqlənib.  

Xəstə ilə 44 nəfərin, o cümlədən 30 tibb işçisinin təmasda olduğu müəyyən edilib. Ölkənin Səhiyyə Nazirliyi onların müşahidə altında saxlanılacağını bildirib.  

Rəsmi şəxslər bunun Uqandada ilk dəfə 2000-ci ildə qeydə alınan Ebola qızdırması epidemiyasının artıq səkkizinci yayılması olduğunu təsdiqləyiblər.  

Bu xəbərin ardından Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma ehtimalı olan 12 halın araşdırıldığı bildirilib.  

Ebola nədir?  

Ebola virusu yüksək yoluxuculuğa malik hemorragik qızdırmaya səbəb olur və ölümcül ağırlaşmalara yol aça bilər.  

Bu virus heyvanlardan insana keçən (zoonoz mənşəli) xəstəliklərdəndir və yoluxmuş şəxslərin bioloji mayeləri və toxumaları ilə təmas yolu ilə yayılır. İnkubasiya dövrü 2-21 gün (adətən 7-8 gün) arasında dəyişir.  

Erkən simptomlar:  

- Qızdırmanın qəfil başlaması  

- Əzələ ağrıları  

- Baş ağrısı  

- Boğaz ağrısı  

Sonrakı simptomlar:  

- Qusma  

- İshal  

- Dəri səpgiləri  

- Böyrək və qaraciyər funksiyalarının pozulması  

- Daxili və xarici qanaxmalar (məsələn, diş ətlərindən qanaxma, nəcisə qan qarışması)  

Mümkün ağırlaşmalar:  

- Hemorragik şok  

- Böyrəküstü vəzilərdə qanaxma və onların kəskin çatışmazlığı  

- Kəskin ürək-damar çatışmazlığı  

- Ağciyər ödəmi  

- Beyin ödəmi və şişməsi  

- Nadir hallarda kəskin qaraciyər çatışmazlığı  

Hazırda Kampalada Ebola virusunun bir neçə ştammından biri yayılır və bu, yeni yoluxma hallarının baş verə biləcəyini göstərir.  

Uqandada sonuncu Ebola epidemiyası 2022-ci ilin sentyabr ayında Mubende bölgəsində baş vermiş və 4 ay davam etmişdi.  

Ən geniş yayılan və 7500-dən çox insanın həyatına son qoyan epidemiyalardan biri isə 2014-2015-ci illərdə baş vermişdi.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri