İsraildə Ebola təşvişi: Bir nəfər nəzarət altına alındı
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsraildə Ebola virusuna yoluxmaqda şübhəli bilinən ilk xəstə aşkarlanıb. O, hazırda təcrid olunmuş şəraitdə müalicə alır.
Redaktor.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Diaqnozun dəqiqləşdirilməsi məqsədilə müayinələr aparılır. Nəticələrin 48 saat ərzində məlum olacağı gözlənilir. Nazirlikdən bildirilib ki, eyni zamanda mütəxəssislər xəstənin mümkün təmaslarını müəyyənləşdirmək üçün epidemioloji araşdırma həyata keçirirlər.
"Hazırkı mərhələdə bu, sadəcə şübhədir, İsraildə təsdiqlənmiş Ebola xəstəliyi halı qeydə alınmayıb", - deyə nazirlikdən vurğulanıb.
Xəstənin şəxsiyyəti və səhhəti barədə heç bir təfərrüat verilmir, onun İsrailə xaricdən gəlib-gəlmədiyi bəlli deyil.
Ebolanın hazırkı yayılması mayın 15-də Konqo Demokratik Respublikasında (KDR) və qonşu Uqandada başlayıb. Onun episentri Konqonun İturi əyalətində yerləşir. Hazırkı günə qədər ölüm və yoluxma sayına görə bu, son 50 ildə Afrikada baş vermiş sözügedən təhlükəli xəstəliyin yalnız üç epidemiyasından geri qalır.
Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Ebolanın yayılmasını ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi qəbul edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 İyun 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















