Icma.az
close
up
RU
“Yenə “Sumqayıt”la oynasaq, bəlkə də biz udarıq” 0:10 dan sonra?

“Yenə “Sumqayıt”la oynasaq, bəlkə də biz udarıq” 0:10 dan sonra?

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Şamaxı-2” əvəzedicilər liqasının 30-cu turunda “Sumqayıt-2”yə 0:10 hesabı ilə uduzub.

Məğlubiyyətin səbəbini, nədən qaynaqlandığını öyrənmək üçün “şirlər”in baş məşqçisi Məqsəd Yaqubəliyevlə əlaqə saxladıq:

“Komandamız ötən il premyer-liqada olmadığı üçün akademiyamız yox idi. Əvəzedici komandamızla U-19 eynidi. Çempionatın başlamağına 10 gün qalmış toplanışa start verdik. Akademiya olmadığından klubsuz futbolçuları komandaya cəlb etdik. Birinci dövrədən sonra əvəzedici heyətdən 12 futbolçu komandadan çıxarıldı, əvəzində iki futbolçu gətirildi. 2006/07 təvəllüd uşaqlar U-19, 2005/06 təvəllüd uşaqlar isə əvəzedici komandamızdadı. Qışdan sonra keçirdiyimiz səkkiz oyunun yeddisini udduq, “Qarabağ”a uduzduq. Əvəzedici komandamız son turlarda “Zirə 2”ni 5:2 məğlub etdi, “Neftçi 2” ilə heç-heçə etdi. 0:10 uduzmağın səbəbinə gəlincə, əvəzedici komandanın oyunları ya bazar ertəsi olur, ya da çərşənbə axşamı. Futbolçularımızın çoxu tələbə və şagirddi. Universitetdə, məktəbdə problem olur. Tələbələr hamısı limitdədi, gələ bilmir oyunlara. Əsas futbolçuların olmaması, əlbəttə, nəticəyə təsir edir. Süni meydança da bizə problem yaradır. “Sumqayıt”la oyunda güclü yağış və külək var idi. Üç futbolçumuz zədələndi. PFL-ə müraciət etdim ki, oyun indi olmasın, qəbul etmədilər. Əsas nəticələr deyil, futbolçularımın gələcəyidi. Rəqib hər imkanı qola çevirirdi. Faciə etmək olmaz. Bizim devizimiz futbolçuların əsas komandada oynamasıdı. Yenə “Sumqayıt”la oynasaq, bəlkə də biz udarıq”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Aprel 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri