Icma.az
close
up
RU
Bəlkə əsas heyətlə oynasaq, yenə uduzacaqdıq Qurban Qurbanov

Bəlkə əsas heyətlə oynasaq, yenə uduzacaqdıq Qurban Qurbanov

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ" Misli premyer-liqasının 2-ci tur matçında evdə "Sumqayıt"a uduzdu - 0:1.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Rəqibi təbrik edirəm. İki oyuna 6 xal toplayıblar. Çox yaxşı başlanğıcdı. Oyun haqda deyəcək çox söz yoxdu. Futbolçularımı anlayıram. Meydana az şans qazananlar çıxsa dax yorğunluq hiss olunurdu. Bu məğlubiyyətin bizə çox faydası olacaq. Qarşıda bizi bundan da sıx qrafik gözləyir. Futbolçular da bunu anlayacaq. Uğur əldə edəndə, komandanın loru dildə desək, burun yuxarı qalxır... Bu gün 3 xal rəqibin haqqı idi. İmkanlarımız var idi. Top qapıdan keçməli idi, ancaq keçmədi. Məncə, yaxşı başlanğıc oldu.
- Nəriman start heyətində yox idi. Riskə atmaq istəmədiz?
- Bəli. Həm də zədəsi var idi. 2-3 gündü ki, müalicə olunue. Məşqdə də iştirak etməyib.
- Juninyonun icarəyə götürülməsi haqda xəbərlər doğrudu?
- Xeyr. Məndə belə məlumat yoxdu. Danışıq aparmamışıq. Yəqin ki, komandasında şans qazanmadığına görə belə fikirlər ortaya çıxıb.
- Meydana ikinci heyətlə çıxdığınız üçün uduzduğunuzu düşünürsüz?
- Xeyr. Bəlkə əsas heyətlə oynasaq, yenə uduzacaqdıq. İki gün əvvəl oynamışıq. Yol yorğunluğu da var idi.
- Hazırda heyətdə 15 legioner var. Növbəti əcnəbi futbolçu transferləri üçün 200 min manat ödəməli olacaqsız. Yeni oyunçular alınacaq?
- Almağa çalışırıq. 200 min manat məsələsinə görə, nə edə bilərik? Başqa çıxış yolumuz yoxdu. Keyfiyyətli iş görmək istəyiriksə, bu addımlar atılmalıdı.
- "Qarabağ"ın qol buraxdığı epizodda Şahruddinin səhvi var idi. Abbas da ona etiraz etdi. Dedi ki, yumruqlarınla çıxara bilərdin...
- Bir az kuryoz qol alındı. Abbas öz işi ilə məşğul olsa, yaxşıdı. Qapıçı topu başı ilə çıxarası deyil ki... Hərə öz işi ilə məşğul olmalıdı. İşini düzgün görmək hamının borcudu.
- Son 3 mövsümün ilk turunda 0:1 hesabıyla uduzmusuz. Təsadüfdü, yoxsa hələ premyer-liqaya köklənməmisiz?
- Bu, ikinci turdu (gülür). Motivasiyamız çatışmırdı. Həm də yorğun idik. Bu gün yox, sabah da oynaya bilərdik... Əsas odu ki, sonu yaxşı olsun...
- "Ferentsvaroş"un baş məşqçiləri və futbolçuları qıcıqlandırıcı açıqlamalar verib. Bu, sizin üçün əlavə motivasiya mənbəyi ola bilər?
- Normal haldı. Qarşıdakı oyuna köklənmək üçün taktiki gedişdi. Amma belə şeylərə fikir versək, öz oyunumuzu itirərik. Bütün matçlara ciddi və təmkinlə hazırlaşmalıyıq. İndi futbolda bir və ya iki top fərqi ciddi üstünlük deyil.
- Düzdü, hələ cavab matçı var. Lakin Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazansaz, hansı stadionda oynayacaqsız?
- Gəlin, hamımız cavab oyunu haqda düşünək. Birlikdə hazırlaşaq. Sanki məndən başqa hamı "Ferentsvaroş"u keçdiyimizi düşünür. Sevindirici haldı. Bu, bizə inamın nəticəsidi. Ancaq həm də bizə mane ola bilər. Rəqib "Ferentsvaroş"du. Heç nədən qol vura bilirlər. Üstün cəhətləri çoxdu. Səhvsiz oynamalıyıq.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Avqust 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri